Hacıqabulda polisi vuran şəxsə cinayət işi açıldı
Aprelin 14-də saat 12 radələrində Tərtər rayon sakini Elşad Məmmədov idarə etdiyi "Mercedes" markalı, 10-OO-018 dövlət nömrə nişanlı avtomobillə Hacıqabul rayonu ərazisində xüsusi karantin rejimi ilə əlaqədar quraşdırılmış stasionar polis postunda xidmətdə olan polis nəfərinin avtomobili saxlamasına dair qanuni tələbinə məhəl qoymayaraq yüksək sürətlə hərəkətini davam etdirib onu qəsdən vurub xəsarət yetirib.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Open.az-a verdiyi məlumata görə, faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.
Araşdırmalarla həmçinin, avtomobildə olan sərnişinlər - Natiq Hüseynzadə və Anar Fətəliyev tərəfindən də xüsusi karantin rejiminin tələblərinin kobud pozuntusu halları müəyyən edilib.
Qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən Elşad Məmmədov, Natiq Hüseynzadə və Anar Fətəliyev tutularaq istintaqa cəlb olunublar.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU