Hacıyev SƏRT DANIŞDI: "Ermənistan çox böyük səhv edir"

Hacıyev SƏRT DANIŞDI: "Azərbaycanda 1991-2023-cü illərdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün tərkib hissəsi kimi çoxsaylı ağır cinayətlər, o cümlədən insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər törətməkdə, habelə SSRİ-nin son illərində həyata keçirilən qanunsuz fəaliyyətlərdə ittiham olunan şəxslərə qarşı məhkəmə prosesi davam etdirilir".
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Diplomat bu barədə açıqlamasını "Cinayət və Cəza!" başlığı ilə yazıb:
"Prosesdə Ermənistanın hərbi təcavüzü və işğalına görə dövlətin məsuliyyət daşıması, habelə onun siyasi-hərbi rəhbərliyi və agentlərinin cavabdehliyi ilə bağlı mühüm faktlar aşkar edilib.
Görünən odur ki, bu proses Ermənistanın siyasi rəhbərliyini ciddi narahat edir, onları Azərbaycanın daxili işlərinə qarışaraq məhkəmənin əleyhinə yeni təbliğat kampaniyası başlatmağa sövq edir. Ümid edirik ki, Ermənistan digər beynəlxalq hüquqi öhdəlikləri ilə yanaşı, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) üzvü kimi bu kontekstdə törədilmiş təcavüz aktına, hərbi cinayətlərə və digər ağır cinayətlərə görə məsuliyyətini etiraf edir.
Ermənistan hökuməti məhkəmə prosesinin əleyhinə lüzumsuz təbliğat aparmaq əvəzinə, keçid dövrünün ədalətinin və regionda davamlı sülhün bərpasına kömək etmək üçün məhkəmə prosesi ilə əməkdaşlıq etməlidir. Sülh üçün əsl niyyət və Azərbaycanla münasibətlərdə yeni başlanğıc, digər məsələlərlə yanaşı, Ermənistanın öz məsuliyyətini etiraf etməyə və hərbi cinayətlərdə ittiham olunanları, xüsusən də hazırda Ermənistan ərazisində gizlənənləri təhvil verməyə hazır olması ilə nümayiş etdiriləcək.
Lakin Ermənistan cinayətlərinin zaman keçdikcə unudulacağına və ya yox olacağına inanırsa, çox böyük səhv edir. Populist ritorika yox, ədalət və sülh üçün real addımlar lazımdır.
Bununla əlaqədar olaraq, mən Ermənistanın siyasi rəhbərliyini, məhkəmə orqanlarını və beynəlxalq tərəfdaşlarını BMT Baş Assambleyasının və BMT Təhlükəsizlik Şurasının rəsmi olaraq dərc etdiyi 2019-cu il "Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində hərbi cinayətlər və Ermənistan Respublikasının məsuliyyəti haqqında hesabat" (A/74/676 – S/2020/90) ilə tanış olmağa dəvət edirəm.
Azərbaycan Ermənistanın hərbi təcavüzünə hərbi-siyasi vasitələrlə uğurla son qoyduğu kimi, indi də təcavüzün günahsız qurbanlarının hüquqlarının təmin edilməsi, ədalətin bərqərar olması, hərbi təcavüzdə, insanlıq əleyhinə cinayətlərdə və hərbi cinayətlərdə təqsirləndirilən şəxslərin və dövlətin məsuliyyətə cəlb edilməsində unikal məhkəmə təcrübəsi nümayiş etdirir.
Bu məhkəmə təcrübəsi gələcək hərbi təcavüzlərin, müharibə cinayətlərinin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasında beynəlxalq ictimaiyyət üçün mühüm presedent rolunu oynayır.
Yuxarıda qeyd olunan müstəqil və qərəzsiz hüquqi hesabatdan nəticələrdən çıxarışlar:
a. Ermənistan törətdiyi hərbi cinayətlərə görə dövlət məsuliyyətinin beynəlxalq hüququna uyğun olaraq məsuliyyət daşıyır;
b. Bu cür məsuliyyətə onun agentləri və vəzifəli şəxsləri və birbaşa göstəriş əsasında cavabdeh hesab edilməli olan şəxslər daxildir;….."

Siyasi       Tarix: 09 mart 2025
f Paylaş

Oxşar xəbərlər

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber son xəbərlər bugün 2026 son xeberler bugun xəbər.az