Hafiz Hacıyev: "Biz həm də erməni vətəndaşlarımızı terrorçulardan qoruyuruq"

Hafiz Hacıyev: Praqada Prezident İlham Əliyev, Fransa dövlət başçısı Emmanuel Makron, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan bir araya gəldilər.
Liderlərin yekun bəyanatında Zəngəzur dəhlizinin yer almaması bir sıra suallara səbəb oldu. Lakin bu məsələ onunla bağlıdır ki, proses üçtərəfli bəyanatla tənzimlənir və onun reallaşdırılması istiqamətində işlər davam etdirilir. Həmçinin, səfər çərçivəsində Prezident İlham Əliyev bu dəfə də həm Ermənistana, həm də havadarlarına mesaj verərək, Qarabağın müzakirə predmeti olmadığını, Qarabağdakı ermənilərin də Azərbaycan vətəndaşları olduqlarını diqqətə çatdırdı. Yekun bəyanatda ölkələrin bir-birilərinin ərazi bütövlüyünü tanıması barədə razılıq əldə olunsa da, Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinə qayıdan kimi yenə də qeyri-konstruktiv açıqlamalarla gündəmə gəldi. Bu baxımdan, mövcud proseslər bir çox sualların ortaya çıxmasına əsas verib.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sualları KONKRET.az-a cavablandırıb.
– Hafiz bəy, Zəngəzur dəhlizinin açılması niyə yubanır?
– Üçtərəfli görüşlərdə razılıqlar əldə olunub, bir sıra işlərin təməli qoyulub, bu məsələlərin hamısı masadadır. Amma böyük təzyiqlər də var. İndi Vladimir Putin Nikol Paşinyanı yenə Rusiyaya çağırıb, ona göstərişlər verəcək. Bu göstərişlərdən çox şey asılıdır. Bilirsiniz ki, Paşinyan müstəqil adam deyil, "quyruğu" bir adamın əlində deyil, ona görə də bu məsələlərdə qəti fikir söyləyə bilmərik.
Paşinyan o qədər belə oyunlar oynayıb ki, ona inanmaq olmaz. Məsələn, Brüssel görüşündə razılıq əldə olunurdu, sonra bu razılığı pozurdu. Həmçinin, digər bəyanat və razılıqlara imza atır, Ermənistana qayıdandan sonra bu razılıqlara əməl eləmirdi. İndi də dünyanın bir nömrəli təcavüzkarı Putin onları yığıb başına, nəsə göstərişlər verəcək. Yəni nə qədər ki, işğalçı Rusiya bu məsələyə müdaxilə edir, ordusu Qarabağdan çəkilmir, heç vaxt Azərbaycan sülh məsələsində müsbət addıma nail ola bilməyəcək. Düzdür, bizim Prezidentimiz bu məsələdə xüsusi səylər göstərir, buna baxmayaraq, Paşinyan müstəqil adam olmadığı üçün böyük çətinliklər yaranır.
– Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, qondarma rejimlə Azərbaycan arasında təmasların qurulmasını guya müzakirə ediblər, halbuki rəsmi Bakının açıqlamasında belə bir fikir keçmir və Prezident dəfələrlə bu mövzunun bağlandığını, Qarabağdakı ermənilərin də Azərbaycan vətəndaşı olduqlarını qətiyyətlə bəyan edib. Ermənilər bu açıqlamalarla nəyə nail olmaq istəyirlər?
– Prezident dəfələrlə deyib ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və bizim hüquqlardan onlar da yararlanacaqlar. Onlar Azərbaycan torpağında böyüyüb, boya-başa çatdıqları üçün Azərbaycan vətəndaşlarıdır. Sadəcə Rusiya imkan vermir ki, bu istiqamətdə razılaşamalar əldə olunsun. Terrorçuların ordusu hələ də Qarabağdan tam çıxarılmayıb. Paşinyan da deyir ki, Qarabağda baş verənlərdən onun xəbəri yoxdur. Bununla demək istəyir ki, orada baş verənlər Rusiyanın nəzarətindədir. Yəni belə bir qeyri-müəyyən vəziyyət yaranıb. Çünki Paşinyan Brüsseldə bir söz deyir, Moskvada başqa söz deyir, İrəvanda isə başqa söz. Bu dərəcədə qeyri-stabil bir adamdır. Özünün də gücü çatmır ki, nəyəsə nail olsun. Gah erməni diasporu ona icazə vermir, gah da Rusiya.
Sankt-Peterburq görüşündə də hansı qərarlar qəbul olunacaq, Putinin fikri nə olacaq, hansı formada bu məsələlər müzakirə olunacaq, bundan çox şey asılıdır. Hər halda, ölkə başçısı gələcək perspektivə hesablanan və xalqının xeyrinə olan riskli addımlar atıb. Düşünürəm ki, hamımız bu addımları müdafiə edib, milli birliyimizi qoruyub-saxlamalıyıq.
– Bəs Qarabağda nəzarətimizdən kənar qalan ərazilərə nəzarəti bərpa etmək üçün hansı zəruri addımlar atılmalıdır? Bu proses niyə yubanır?
– Bizim hərbi-siyasi gücümüz kifayət qədər yerindədir və heç kimə qulaq asmadan nəzarətimizdən kənarda qalan torpaqlarımızı güc yolu ilə də olsa azad etməliyik. Bu məsələdə heç kim bizə nə şərt qoya, nə də diqtə edə bilər. Ona görə də nəinki Qarabağdakı nəzarətimizdən kənarda qalan əraziləri, Qazaxın 7 kəndini də azad etməliyik, Zəngəzur dəhlizinin açılması üçün gücümüzü göstərməliyik. Hər kəs bilməlidir ki, lazımi anda biz bütün məsələlərin öhdəsindən gələ bilərik. Bir sözlə, birliyimizi qoruyub-saxlamaqla, həmçinin ordumuzu gücləndirməklə torpaqlarımıza nəzarəti bərpa etməliyik.
Həmin ərazilərdə antiterror əməliyyatı keçirərək, terrorçulardan azad etməliyik və buna görə də heç kim bizə qadağa qoya bilməz. Ona görə ki, torpaq bizimdir, özümüz bilərik. Biz həm də erməni vətəndaşlarımızı terrorçulardan qoruyuruq. Çalışmalıyıq ki, bir metr belə, torpağımız erməni terrorçularının ayaqları altında qalmasın. Bunun üçün də güclü orduyla güclü hücuma keçməliyik. Biz möhkəm iradəmizi ortaya qoymuşuq, bundan sonra da dəmir yumruq hesabına qalan ərazilərimizə də nəzarəti bərpa edəcəyik. Biz demirik ki, onları döyüb-öldürüb oradan qovaq. Qanunlarımıza tabe olsalar, biz necə yaşayırıqsa, onlar da elə yaşayacaqlar, bizə verilən bütün səlahiyyətlərdən istifadə edəcəklər. Hər halda, ordumuzu gücləndirib, güc yoluyla da olsa, terrorçuları təmizləyib, nəzarəti bərpa edək ki, dinc əhalimiz öz torpaqlarına qayıdıb əkin-biçinlə məşğul olsun.
– 10 noyabr üçtərəfli bəyanatının 4-cü bəndinə əsasən, Qarabağdakı separatçılar ərazilərimizdən çıxmalıdır. Amma qeyd olunduğu kimi, onların bir qismi ərazilərimizi hələ də tərk etməyib. Separatçıların ərazilərimizi tərk etməsi üçün nə etmək lazımdır?
– Təcili sürətdə antiterror əməliyyatları keçirməliyik. Antiterror əməliyyatları keçirməklə, Livandan, Suriyadan Qarabağa gətirilən terrorçuların başını əzib, torpaqlarımızdan qovmalıyıq. Başqa neyləməliyik? Sülh yoluna dəvət edirik gəlmirlər, deyirik ki, torpağımızdan çıxın, çıxmırlar. Nə lazımdır edirik, yenə də çıxıb-getmirlər. Getməyəndən sonra da məcburuq ki, torpaqlarımızı terrorçulardan güc yoluyla azad edək. Bununla da həm oradakı erməni vətəndaşlarımızı, həm də azərbaycanlılarımızı terroçulardan qoruyub-saxlayaq.
Mərahim Nəsib,
KONKRET.az

Siyasi       Tarix: 08 oktyabr 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsi qəbul edib. xəbə

Hikmət Hacyev: ABŞ-dəki bütün dostlarımızı və həmkarlarımızı ürəkdən təbrik edirik

Müasir memarlığın şah əsəri olan Bakıdakı məşhur Heydər Əliyev Mərkəzi Amerika Birləşmiş Ştatlarının 250 illik yubileyi şərəfinə Amerika bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, bunu Azərbaycan Prezidentini

90 dəqiqə nə danışıblar?

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində yardım etməyə hazır olduğunu bildirib. KONKRET.azxəbər verir ki, bu barədə Kremlin xarici siyasət məsələlər

Artıq əlilliyi olmayanlar da sığorta ödənişi ala biləcək: Daha nələr dəyişir?

Milli Məclisin plenar iclasında "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanuna təklif edilən dəyişikliklər birinc

NATO-nun Ankara sammiti: Dünyanın təhlükəsizlik xəritəsi yenidən cızılır

"7–8 iyul tarixlərində keçiriləcək NATO-nun dövlət və hökumət başçılarının 36-cı sammiti yalnız növbəti siyasi toplantı deyil, həm də Alyansın gələcək onilliklər üçün təhlükəsizlik strategiyasını müəyyənləşdirəcək qərarları

Ankara sammitində nələr müzakirə olunacaq? – NATO-nun kritik gündəliyi

Türkiyənin paytaxtı Ankara şəhərində NATO dövlət və hökumət başçılarının 36-cı Zirvə Toplantısı öz işinə başlayıb. Sammitdə NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları, eləcə də Alyansın yüksək səviyyəli rəsmiləri iştira

İrandan ABŞ-yə sərt xəbərdarlıq: Hörmüz boğazına müdaxiləyə icazə verməyəcəyik

İran parlamentinin sədri və danışıqlar heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf ABŞ-ni Hörmüz boğazına mümkün müdaxiləsinə imkan verməyəcəklərini bəyan edib. xəbər verir ki, bu barədə İran parlamenti sədrinin rəsmi "Telegram"

Baqrat Qalstanyan Paşinyanı məhkəməyə verdi – erməni jurnalistdən sərt ittihamlar

Ermənistan Apostol Kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyan Baş nazir Nikol Paşinyan barəsində məhkəməyə müraciət edib. Datalex məhkəmə informasiya sistemində yerləşdirilən məlumata görə, arxiyepiskop baş nazirin iyunu

Prezident bu qanuna dəyişikliyi təsdiqlədi

Prezident İlham Əliyev "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. xəbər verir ki, qanunda aşağıdakı dəyişikliklər edilib:. 1. 1-ci madd


son xeberler yeni xeberler azerbaycan xeberleri sou xeberler bu gunun xeberleri xeberler bugun gunun xeberleri