ABŞ-dan Cənubi Qafqaza YAŞIL İŞIQ: Sülh yaxındadır
ABŞ Dövlət Departamenti dövlət katibi Marko Rübionun Azərbaycan və Ermənistan arasında mümkün sülh sazişi ilə bağlı verdiyi açıqlamaya münasibət bildirib.
KONKRET.azxəbər verir ki, departamentin sözçüsü Miller Brüs qeyd edib ki, Vaşinqton iki ölkə arasında əldə olunan razılaşmalar, atəşkəs sazişləri və aparılan danışıqlar prosesində oynadığı roldan məmnundur:
"Biz bir çox razılaşmaların, atəşkəslərin və dəyişikliklərin əldə olunmasında iştirak etdiyimiz üçün ruhlanmışıq. Dövlət katibinin Bakı və İrəvan arasında tezliklə sülh sazişinin imzalanacağına ümidini ifadə etməsi təsadüfi deyil. Əlimizdə daha ətraflı məlumat olduqda, sizinlə paylaşacağıq", – deyə Brüs bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Marko Rübio ABŞ-ın daha öncə Hindistan və Pakistan arasında münaqişəni dayandırdığını, habelə digər beynəlxalq sülh təşəbbüslərində rol aldığını vurğulayaraq, Ermənistanla Azərbaycan arasında da tarixi razılaşmanın yaxın olduğunu söyləmişdi.
Natiq Səlim,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
Azərbaycan nefti bahalaşdı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi