Hamilə qadınlara qızılca əleyhinə peyvənd vurula bilməz - XƏBƏRDARLIQ

Hamilə qadınlara qızılca əleyhinə peyvənd vurula bilməz - XƏBƏRDARLIQ"Hamilələr və yanaşı xəstəliyi olanlar üçün qızılca əleyhinə peyvənd vurulması əks göstərişdir".
KONKRET.azxəbər verir ki, bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova deyib.
O xatırladıb ki, qızılca çox yüksək yoluxuculuğa malik xəstəlikdir: "Bir otaqda qızılca xəstəliyi olan şəxs onunla təmasda olan xəstəliyə yoluxmayan və peyvənd etdirməyən şəxsləri anında yoluxdura bilər. Bu xəstəlik əsasən uşaqlıq dövrü xəstəliyidir. Lakin uşaqlıqda bu xəstəliyi keçirməyibsə, sonradan yoluxma ehtimalı var".
TƏBİB rəsmisi bildirib ki, xəstə şəxslərdə səpkilər üz nahiyəsindən başlayır və digər yerlərə yayılır: "Qızılca xəstəliyinin antiviral müalicəsi yoxdur. Ağırlaşması olmayan şəxslər ev şəraitində müalicə ala bilərlər. Peyvənd vurdurmayan şəxslər risk qrupuna aiddir. Valideynlər ağırlaşma riski olduqda, qızdırma pikləri olduqda dərhal ailə həkimləri ilə əlaqə saxlanılmalı, yaxud tibb müəssisəsində stasionar şəkildə müalicə aparılmalıdır. Ağırlaşma halları həm uşaqlar, həm də böyüklər arasında müşahidə oluna bilər. Risk qrupuna adətən 5 yaşdan aşağı uşaqlar və 20 yaşdan yuxarı şəxslər aiddir".

Sağlamlıq       Tarix: 02 dekabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Kennedi ailəsinin gizli faciəsi: Gözəlliyi ilə kral ailəsini heyran edən Rozmariyə niyə "yox edildi"

1938-ci ilin mayında Londondakı Bukingem sarayının möhtəşəm bal zalında 20 yaşlı Rozmari Kennedi ağappaq, zərif libası ilə Böyük Britaniya kralı VI Georq və kraliça Elizabetin qarşısında baş əyərkən hamının diqqətini cəl

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi

Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində 5 nəfər meymunçiçəyi xəstəliyinə yoluxub. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Meymunçiçəyinə yoluxma halları varmı? Təhlükəli vəziyyət varmı?. -ın xəbərin

Şirniyyat və kərə yağında gizli təhlükə? – Diqqətli olun

Palma yağı bizi zəhərləyir? Azərbaycanda bu yağın kərə yağı və şirniyyatların tərkibinə qatılması ilə bağlı müzakirələr səngimir. Bəs palma yağı həqiqətən təhlükəlidirmi, yoxsa əsas problem onun hansı formada istifadə olunmasındadır?

Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir

Meyvə və tərəvəzlər sağlam qidalanmanın əsasını təşkil etsə də, mövsümündə yetişməyən məhsulların istehlakı ilə bağlı suallar tez-tez gündəmə gəlir. Xüsusilə istixanalarda yetişdirilən və xaricdən gətirilən məhsulların tərkibi

Qoşaçayda otuz şagird zəhərləndi

Bu gün Qərbi Azərbaycan əyalətinin Qoşaçay şəhərinin məktəblərindən birində otuz şagird zəhərlənib. KONKRET.azxəbər verir ki, bu haqda İran televizyası məlumat yayıb. Xəstəxanalara köçürülən şagirdlərin zəhərlənmə səbəb

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Temperatur dəyişir, sağlamlıq risk altına düşür? – Terapevtdən XƏBƏRDARLIQ

Havanın temperaturunun dəyişməsi orqanizmin uyğunlaşma mexanizmlərinə təsir göstərməklə xüsusilə yaşlı insanlar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün müəyyən sağlamlıq riskləri yarada bilər. Belə hava şəraitind


azerbaycan xeberleri yeni xeberler son xeberler bu gunun xeberleri haqqinda melumat en son xeberleri en son xəbərlər bugün krminal bu gun