"Hansı bank bu "siyasətçiyə" pul çatdırarsa, cinayət məsuliyyətinə cəlb edilməlidir" - İki siyasi partiya arasında GƏRGİNLİK

Elə bilirdim, 1990-cı illərin və 2000- ci illərin şantajçı "anons jurnalistikası" əsasən tarixdə qaldı. Rüşvətxor icra başçıları haqqında anons verib pay müqabilində sonra daha yumşaq yazan ya da heç yazmayan "azad" ya da "müxalif" media redaktorlarını bir çoxunuz xatırlayırsınız. Amma yox, tarixdə deyil, hələ də gerçəkliyimizdır. İndi bu ənənəni qrant lazım olanda "vətəndaş cəmiyyəti" donunu geyinən, qrant çatmayanda isə özünə "siyasətçi" adını götürüb (Azərbaycan Demokratiya və Rifah Hərəkarının (ADR) sədri, iqtisadçı Qubad İbadoğlunu nəzərdə tutur – red) peşəmizi ləkələməyə can atanlar edir".
KONKRET.az-ın xəbərinə görə, bunu REAL Partiyasının sədri İlqar Məmmədov bildirib.
"Hansı bank bu "siyasətçiyə" adının çəkilməməsi müqabilində pul ya da başqa imtiyaz çatdırarsa, cinayət məsuliyyətinə cəlb edilməlidir. Bu cür sözü olan sözünü birbaşa deməlidir! Anons nədir?" – İ.Məmmədov qeyd edib.
ADR-in İdarə Heyətinin üzvü Ədalət Yusubov da İ.Məmmədova cavab verib:
"Qubad İbadoğlunun üzərinə gələn belə "çox az  idi", biri də yan tərəfdən çıxdı. Bu şəxs çox primitiv, dayaz, əsassız, böhtan xarakterli olduğu qədər də iddialı şəkildə üzərimizə yürüyüb fəaliyyətimizlə onun "peşə yönümünə", yəni "siyasətə" zərər gətirməməyimiz tələbində bulundu. Bütün Azərbaycan cəmiyyətinə  siyasi, ictimai, sosial kimliyi çılpaqlığı ilə məlum olduğu halda "üzünə üz taxıb" hələ də "siyasətdə" mən də varam düşüncəsilə "evcik-evcik" oyunu ilə məşğul olan cənab İlqar Məmmədov müxalif maska taxmaqla "başını  başlara" qoşub siyasi gündəmdə qalmaq uğrunda hər şeyindən keçməyi "siyasi  peşə" hesab etmək yalnız sənlik ola bilər. Qorxma, mayası pislikdən qidalanan "siyasət bostanına" özünə hörmət qoyan kimsə şəriklik etmək istəməz".

Siyasi       Tarix: 08 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Şimali Kiprin tanınması üçün... - Ərdoğan

Türkiyə olaraq Şimali Kipr türk xalqını heç vaxt tək və ya köməksiz qoymayacağıq. Bütün dünya bunu bilməli və nəzərə almalıdır. KONKRET.azxəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasınd


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son dəqiqə azerbaycanda son xeberler ən son xəbər son xeberler bu gun