Hansı bank əmanətə daha çox faiz verir? - ARAŞDIRMA
Azərbaycanda əhalinin banklarda olan əmanətlərində azalma qeydə alınıb. Belə ki, 2023-cü il avqustun ayının 1-ə olan məlumata görə, banklardakı ümumi əmanətlərin həcmi əvvəlki ayla müqayisədə 43.3 milyon manat azalaraq 12 milyard 705 milyon manata düşüb.
Banklarda depozit faizlərində də azalma davam edir. Bu isə əmanət qoyuluşlarına təsirsiz ötüşmür.
Qeyd edək ki, 1 fevral 2023-cü il tarixindən fiziki şəxslərin banklarda olan əmanətləri vergiyə cəlb olunub.
Xatırladaq ki, banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində vergidən azad edilmişdi.
Hazırda isə fiziki şəxslərin banklardakı əmanətindən əldə etdikləri gəlirdən 10 faiz məbləğində vergi tutulur. Tutaq ki, əmanətçi banka 10 min manat depozit yatırıb. İlin sonunda əmanətin 1000 manat gəliri olub. Gəlirin 100 manatını bank özündə saxlamaqla onu vergi xidmətinə ödəyir.
Ekspertlər deyirlər ki, əmanətlərin vergiyə cəlb olunması onun yatırımına təsir edib. Yəni fiziki şəxslər əvvəlki kimi banklara əmanət yerləşdirməkdə maraqlı deyillər.
Bəs hazırda Azərbaycan bankları əmanətləri hansı faizlə cəlb edirlər? Başqa sözlə, hansı bank əmanətə daha çox faiz verir?
KONKRET.az xəbər verir ki, Modern.az bu suala cavab tapmaq üçün banklardakı faiz dərəcələrini araşdırıb.
Tutaq ki, vətəndaş 10 min manat pulunu əmanət şəklində 1 il müddətində banka qoymaq istəyir. Bu halda onun həmin məbləğə görə aylıq və ya illik gəliri nə qədər olacaq.
Accessbank əmanətçilərdən cəlb etdiyi depozitə illik ortalama 9% ödəniş edir. Əgər əmanət gəliri aylıq ödəniləcəksə 9,5%-lə, ilin sonunda ödəniləcəksə 10%-lə hesablanır.
Turanbank-da da faizləri hər ay və ya müddətin sonunda almaq mümkündür. Burada "Sirlər xəzinəsi" əmanətinin gəliri aylıq götürüldükdə 10%-lə, müddət sonunda isə 10,5%-lə hesablanır.
Yelo Bank "Sabit yelo" əmanətinə görə faizləri belə hesablayır: aylıq ödəniş olduqda 10%, müddətin sonunda 10,5%.
Rabitəbank-da "Universal əmanət"in gəliri aylıq ödənildikdə 10,25%, müddətin sonunda ödənildikdə 10,3%-lə hesablanır.
Unibank-da "Müddətli əmanət" faizlərini hər ay və ya müddətin sonunda almaq mümkündür: hər ay üçün 10%, müddətin sonu 10,5%.
Kapitalbank-da da "Kapital depoziti"nin faizlərini hər ay və ya müddətin sonunda almaq mümkündür: aylıq ödəniş 6%, müddətin sonunda 6,5%.
Bank of Baku-da "Dinamik əmanət"in gəliri hər ay üçün 10%-lə, müddət sonu üçün 10,5%-lə hesablanır.
Azərbaycan Beynəlxalq Bankında əmanət gəliri aylıq ödəndikdə 6%-lə, illik ödəndikdə 6.5%-lə hesablanır.
Azər Tük Bank-da "Klassik əmanət"in faizləri belə ödənir: aylıq 5%, illik 5,5%.
Bank Respublika-da əmanət gəliri bu cür hesablanır: aylıq 9%, müddətin sonu 9,5%.
Xalq Bank-da faizlərin ödənilməsi: aylıq 5,75%, müddətin sonunda 6,25%.
Expressbank-da əmanətin gəliri aylıq götürüldükdə 9%-lə, müddətin sonunda götürüldükdə 9,5%-lə hesablanır.
Muğanbank-da əmanətlərə illik 11% ödəniş edilir. Gəlirin aylıq və ya müddətin sonunda götürülməsinin fərqi yoxdur.
Naxçıvanbank-da "Müddətli əmanət" üçün faizlər belə hesablanır – aylıq 9,5%, müddətin sonu 10%.
Bank BTB-də əmanətlərin gəliri aylıq ödəndikdə 9.75%-lə, müddətin sonunda 10,25%-lə verilir.
Bankavrasiya-da gəlir faziləri belə ödənir: aylıq 7%, müddətin sonunda 8%.
Azərbaycan Sənaye Bankı vətəndaşlardan əmanətləri 5-6%-lə cəlb edir.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"