Hansı əmanətlər yenidən vergidən azad ediləcək?

Hansı əmanətlər yenidən vergidən azad ediləcək?Azərbaycanda fiziki şəxslərin əmanətləri üzrə ödənilən faiz gəlirləri yenidən vergidən azad ediləcək. Bunun bağlı Vergi Məcəlləsinə dəyişiklik olunması təklif edilir. Belə ki, fiziki şəxslərin hər bir bankda milli valyutada olan əmanətlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi gəlir vergisindən azad olunacaq. Bu o deməkdir ki, hər bir bankda illik 8 faizədək 30 000 manata qədər əmanəti olan vətəndaşların faiz gəlirlərindən vergi tutulmayacaq. 
KONKRET.az xəbər verir ki, "Qafqazinfo"nun məlumatına görə, aylıq faiz gəliri 200 manatdan yuxarı olduqda isə vergi yuxarı olan məbləğə tətbiq ediləcək. Elə Mərkəzi Bankın məlumatlarına da nəzər salanda aydın olur ki, bankların yeni cəlb etdikləri depozitlərin orta faizi 8 faiz səviyyəsindədir.
Mərkəzi Bankın sədri Taleh Kazımov bu günlərdə Milli Məclisdəki çıxışında fiziki şəxslərin banklardakı əmanətlərinin 75 faizinin 30 000 manata qədər olduğunu, bu ilin fevral ayında vergi güzəşti bitdikdən sonra bu məbləğə qədər olan depozitlərin sayının və həcminin artım tempinin azaldığını bildirib. Bu da o deməkdir ki, Vergi Məcəlləsinə təklif edilən sözügedən dəyişikliyin səbəbi vətəndaşların banklara əmanət yerləşdirilməsinin stimullaşdırılması məqsədi daşıyır.
Hansı əmanətlər yenidən vergidən azad ediləcək?Belə görünür ki, fiziki şəxslərin əmanətlərdən əldə etdikləri faiz gəlirlərinin vergiyə cəlb edilməsi bir yana, cari ildə iki bankın lisenziyasının ləğv edilməsi onlara etimadı azaldıb.    
Taleh Kazımov, həmçinin bildirib ki, fiziki şəxslərin əmanətlərinin həcminin 82 faizinin müddəti bir ilə qədərdir. Mərkəzi Bankın məlumatına görə, oktyabr ayının 1-nə fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 12 milyard 705,5 milyon manatdır ki, bunun da 10 milyard 52,6 milyon manatı qısamüddətlidir. Bu da banklara uzunmüddətli kreditlər verməyə əngəl törədir.
Bu baxımdan fiziki şəxslərin hər bir bankda milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsinin 3 il müddətinə gəlir vergisindən azad edilməsi təklif olunur. Başqa sözlə, pulunu banka 18 aydan çox müddətə qoyan vətəndaşların əldə etdikləri faiz gəlirlərindən 3 il ərzində vergi tutulmayacaq.
Hansı əmanətlər yenidən vergidən azad ediləcək?Ancaq burada məsələ təkcə faiz gəlirlərinə tətbiq edilən vergi deyil. Söhbət ondan gedir ki, ölkədə orta illik inflyasiyanın ikirəqəmli olmasının (son məlumata görə 10,9 faiz) davam etməsinə baxmayaraq bankların yeni cəlb etdikləri əmanətlərin orta faiz dərəcəsi 7-8 faiz arasında dəyişir. Bu da o deməkdir ki, banklardakı əmanətlərin real faiz dərəcəsi mənfidir. Yəni, inflyasiyanı nəzərə alanda, əmanət sahibi buradan real qazanc əldə etmir, əksinə zərər etmiş olur. Əmanət müddətinin artması şəraitində isə bu zərərin daha çox olacağı istisna deyil.
Müşahidələr onu göstərir ki, son aylarda bir çox böyük miqdarda əmanət sahibi vəsaitlərini banklarda saxlamaqdansa, "plana düşəcək" binalardan mənzil almağa üstünlük verir. Belə mənzillər sökülüb yenisi ilə əvəz olunanda qiyməti 2 dəfəyədək artmış olur. Digər tərəfdən mənzilləri sökülənədək kirayə verib, söküləndən sonra isə yenisi tikilənə qədər tikinti şirkətlərindən kirayə haqqı alıb gəlir əldə etmək mümkündür.
Kiçik məbləğli əmanət sahibləri üçün isə belə imkanlar yoxdur. Onlar üçün ən sərfəli yatırım aləti elə bank əmanətidir. Real gəlirliliyinin olmamasına baxmayaraq, sığortalanma mexanizminin, milli valyutanın məzənnəsinin sabit qalmaqda davam etməsi və əhalinin investisiya edəcəyi alətlərin məhdudluğu bank əmanətinə üstünlüklər qazandırır.

Sosial       Tarix: 10 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son xəbərlər cəbhədən son dəqiqə son xabarlar xeberler az