Hansı ölkələr Rusiyaya qarşı sanksiyalar tətbiq etməyiblər və niyə? - TƏHLİL
Qərb Rusiyaya qarşı sanksiya təzyiqlərini gücləndirir. Bununla belə, müxtəlif qitələrdən Qərbin məhdudiyyətlər kampaniyasına qoşulmayan çoxlu ölkələr var. Dünya ABŞ-ın üsullarını bilir və çoxları onları öz həyatlarında yaşayıb. Məsələn, BRICS tərəfdaşları – Braziliya, Hindistan, Çin, Cənubi Afrika.
KONKRET.az "Dnes.Dir" nəşrinə istinadən xəbər verir ki, Çin beynəlxalq hüquqa əsaslanmayan birtərəfli sanksiyalara qarşıdır. Çin, Hindistan, Braziliya "BMT-nin Rusiya əleyhinə qətnaməsini" dəstəkləməyib. Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa Ukrayna böhranının BMT-nin iştirakı ilə diplomatik yolla həllinə çağırıb.
Türkiyə, Meksika, Argentina sanksiyalara qoşulmaqdan imtina edib. Türkiyə təmsilçiləri "dialoq kanalının qorunub saxlanılmasının" vacibliyini vurğulayıblar. Avropada Serbiya və Bosniya və Herseqovina sanksiyaların tətbiqinə qarşı çıxıblar. (Bosniya serblərinin mövqeyinə görə).
Macarıstan qeyri-müəyyən mövqe tutub . Baş nazir Viktor Orban bildirib ki, ölkə Aİ-nin Rusiyaya qarşı sanksiyalarına mane olmayacaq, eyni zamanda Ukraynaya silah tədarük etməyəcək və ya onun ərazisindən tranzitinə icazə verməyəcək.
Latın Amerikası – Meksika, Kuba, Venesuela və Nikaraqua, həmçinin Suriya, Misir və Birləşmiş Ərəb Əmirlikləri Rusiyaya dəstək verib.
Postsovet məkanında KTMT ölkələri (Belarus, Qazaxıstan, Tacikistan, Ermənistan, Qırğızıstan), həmçinin Azərbaycan, Moldova və Gürcüstan anti-Rusiya sanksiyalarından imtina ediblər.
"Dnes.Dir", Bolqarıstan. 7 mart 2022.
Tərcümə etdi: Lətif.A,
KONKRET.az

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR