Hansı universitetlər Bakıdan köçürüləcək? - RƏSMİ AÇIQLAMA

Hansı universitetlər Bakıdan köçürüləcək? - RƏSMİ AÇIQLAMABakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında Mərkəzi Bakı ərazisində nəqliyyat sıxlığının qarşısını almaq və Abşeron yarımadasının bütün yaşayış məntəqələrindən rahat nəqliyyat və əlaqələndirmə imkanı olan ərazidə təhsil müəssisəsini yaratmaq məqsədilə Bakının mərkəzi hissəsinin hüdudlarının birbaşa yaxınlığında yaşıl universitet şəhərciyinin yaradılması təklif olunur.
Yeni universitet şəhərciyində özəl və dövlət ali təhsil müəssisələri ilə yanaşı, tələbə yataqxanaları, xarici tədqiqatçılar üçün qonaq evləri, professorlar və müəllimlər üçün qonaqlama və yaşayış yerləri təmin ediləcək.
Bəs universitet şəhərciklərinin yaradılması təhsilə necə təsir göstərəcək? İlkin mərhələdə hansı universitetlər şəhər kənarına köçürülə bilər?
azxeber.com xəbər verir ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, təhsil xidmətlərinə şəhərin bütün ərazilərində əlçatanlığın təmin edilməsi məqsədilə bu xidmətləri göstərən təhsil müəssisələrinin mərhələlərlə Baş plana uyğun olaraq bu məqsədlər üçün müəyyən edilmiş ərazilərdə yerləşdirilməsi həyata keçiriləcək.
"Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 504 nömrəli qərarı ilə "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı" təsdiq edilib. Baş plan özündə şəhərin bütün inzibati ərazisini əhatə etməklə növbəti 20 il ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir.
Bu məqsədlə şəhərin ərazi inkişafının istiqamətlərini müəyyən edəcək şəhər mərkəzləri sisteminin yaradılması təklif olunur.
Əsas məqsəd bütün şəhər ərazisində hər bir sakin üçün bərabər imkanları və xidmət standartlarını təqdim etməkdir. Baş planda təhsil xidmətləri də şəhər xidmətlərinin bir növü kimi təsnifləşdirilib.
Təhsil xidmətlərinin əlçatanlığı nəticə etibarı ilə ümumilikdə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək", - deyə əlavə edilib.
Trend-in suallarını cavablayan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, Bakı şəhərinin Baş planının yeni variantda təsdiq olunması və Bakı ətrafında universitet şəhərciklərinin və bilik mərkəzlərinin yaradılması ölkəmizin iqtisadi və davamlı inkişafı ilə birbaşa bağlıdır.
"Universitetlərin böyük əksəriyyəti paytaxtda şəhərin mərkəzində yerləşib. Bu gün həmin universitetlərin mərkəzdə yerləşməsi yeni kampusların salınması, binaların tikilməsi problemlərini yaradır. Ərazi olmadığından universitet üçün yeni binalar tikilə bilmir.
Universitet əraziləri geniş olmalıdır. Dünyanın bir çox yerində universitet şəhərciyi ayrıca bir şəhər kimi olur. Binalar, yataqxanalar həmin ərazidə yerləşir.
Bəzən bizim universitetlərdə kütləvi tədbirlər keçirmək üçün ərazi olmur. Hətta təcrübə mərkəzləri üçün belə ərazi yoxdur.
Bu məsələlər universitetin inkişafdan geri qalmasına gətirib çıxarır. Baş planda Bakının ətraf ərazilərində universitet şəhərciklərinin yaradılması inkişafa yol aça bilər.
Mən deməzdim ki, bütün universitetləri paytaxt ərazisindən çıxarmağa ehtiyac olacaq. Məsələn, ADA Universitetinin kampusu artıq formalaşıb.
Artıq tıxac məsələsini də həll etmək olar. Bu tıxacın yaranmasında universitetlərin böyük rolu var. Universitet şəhərcikləri salınsa, Bakının kompleks inkişafı üçün şərait yaranacaq", - deyə o bildirib.

Sosial       Tarix: 18 yanvar 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xeber azerbaycan son xeber bugun xeber saytlari son xeberler bugun