Hansı uşaqların allergik xəstəliklərə tutulma ehtimalı daha çoxdur?

Hansı uşaqların allergik xəstəliklərə tutulma ehtimalı daha çoxdur?Dünyada hər beş adamdan birində görünən allergik xəstəliklər onların həyat keyfiyyətinə təsir edir. Bəzi ağır hallarda allergiyanın anafilaksi kimi tanınan, həyati təhlükəli reaksiyaya səbəbolma ehtimalı da var. Bir çox insanları yaz-yay aylarında narahat edən əsas məqamlardan biri allergiyadır.
KONKRET.az xəbər verir ki, uşaq allerqoloq-immunoloqu, uzman Röyalə Babayeva allergiya, onu yaradan səbəblər və müalicə formaları haqqında məlumat verib.
Allergiya və yaranma səbəbləri
Röyalə xanım deyir ki, dünyada hər beş adamdan birində görünən allergik xəstəliklər onların həyat keyfiyyətinə təsir edir. Bu səbəbdən, qlobal əhəmiyyət verilən xəstəlik qrupları arasındadır:
"Ölkəmizdə çiçək tozu və toz allergiyası, həşərat dişləməsi və müxtəlif qidalara qarşı allergiyaya çox rast gəlinir. Allergik xəstəliklər, əslində, bizim üçün yad olmayan cisimlərin, qidaların orqanizmimizdə yad cisim kimi qarşılanmasıdır. İmmunitet sistemi sözügedən allergen üçün antikorlar istehsal edir. İnsan allergenlə yenidən təmasda olduqda, bu antikorlar allergiya simptomlarına səbəb olan histamin kimi bir sıra immunitet sisteminə xas kimyəvi maddələr buraxır. Allergiya simptomları insanın tənəffüs yollarına, sinuslara və burun dəliklərinə, dərisinə, həzm sisteminə təsir göstərə, allergik reaksiyaların şiddəti yüngüldən ağıra qədər dəyişə bilir. Bəzi ağır hallarda allergiyanın anafilaksi kimi tanınan, həyati təhlükəsi olan bir reaksiyaya səbəb olmaq ehtimalı da var".
Hansı uşaqların allergik xəstəliklərə tutulma ehtimalı daha çoxdur?İlkin əlamətlər hansılardır?
"Allergiya ilkin olaraq uşaqlarda ekzema ilə başlayır", – deyir həkim:
"Bunu ana başlanğıcda uşağın üzündə qızarma ilə hiss edir. Daha sonra uşağın qollarına, bədəninə doğru yayıla bilər. Bu dönəmdə ilk şübhələrimiz ana südündəki kobud proteinlər (inək südü protein allergiyası və yumurta) üzərində dayanır. Uşaq böyüdükcə allergiya xırıltı, xışıltı, öskürək simptomları ilə irəliləyir. Bunlar sonradan bronxit və allergik astmaya çevrilir. Astmanın gecə boyu öskürək, nəfəs daralması, tez yorulma kimi əlamətləri var. Əvvəl bronxların tutulması, sonradan isə üst tənəffüs yollara keçməsi ilə inkişaf edir və böyüdükcə 6-12 yaşlarda allergik rinitə çevrilir. Allergik rinitdə, əsasən, uşağın burnunda axıntı, tıxanıqlıq, asqırma olur. Əgər uşağınız uzun müddət asqırırsa, üz formasında dəyişiklik (yəni bir qədər uzanıbsa) varsa, dərisində ekzema görürsünüzsə (quruluq), ağızdan pis iy gəlirsə, gözünün altında tünd rəng yaranıbsa, bu, artıq rinitin əlamətləridir".
Allergik olma şansı
"Uşaqda allergik xəstəlik olma şansı ana-atada allergik rinit varsa 50 faiz, valideynlərdən birində varsa 25 faiz, genetik yoxdursa, 13 faiz civarında ola bilər. Genetik faktordan başqa, çevrə amilləri də var. Buraya çirkli hava, ananın hamiləykən siqaret tüstüsünə məruz qalması və ya düzgün qidalanmama (fast-food, çips, şokolad və s.) daxildir. Bütün bunlar bizim tənəffüs yollarımızda sağalmayan xəsarətlər yarada bilir. Nəticədə, allergiyanın böyüyənə qədər bizimlə qalma ehtimalı var", – deyir Röyalə xanım.
Hansı uşaqların allergik xəstəliklərə tutulma ehtimalı daha çoxdur?Mövsümi xarakter daşıyan allergiyalar
Həkim bildirir ki, uşaqlarda daha çox süd və yumurta allergiyalarına rast gəlinir:
"Bununla yanaşı, məktəbəqədər yaşda uşaqlarda, əsasən, allergik astma yaranır ki, onun da səbəbi evdə olan tozlar, həmçinin ağacların, otların tozcuqlarıdır. Amma bu, mövsümi xarakter daşıyır. Məsələn, aprel-may aylarında ağac, may-avqust aylarında çayır, avqust-oktyabr aylarında otların tozlanması başlayır ki, bu da allergiyaya səbəb olur. Qida allergiyaları, əsasən, 4-5, allergik astmalar isə 13-14 yaşlarında keçib gedir. Daha çox rinit kimi burunda olan simptomlar qalır. Tozlu yerdə yüngül asqırmalar, burunda qaşıntılar, tıxanıqlıq kimi əlamətlər böyük yaşlarda az da olsa, qala bilir".
"Bunlar dəyişməsə, uşaq davamlı dərmandan asılı olacaq"
Həkim allergiyanın başqa səbəblərindən də danışdı:
"Evdə – mətbəxdə, hamamda, ayaqyolunda, xüsusən kafellərin arasına dolan kif-göbələk də allergiya yarada bilir. Dərmanlara qarşı da allergiya olur. Buna daha çox böyük yaşlarda rast gəlinir. Bəzən əvvəldən allergiya verməyən dərman, sonradan allergiyaya səbəb olur. Məsələn, antibiotiklər yoxlanılmadan vurulmur. Yun tərkibli parçalardan tikilən geyimlərdən də allergiya yarana bilər. Yun özünə həmişə toz yığır. Bu cür xəstələrə biz pambıq parçadan geyimlər tövsiyə edirik. Geyim dəyişən kimi allergiya da keçib gedir. Həmçinin, astma xəstələri yun yorğan-döşəyi pambıq və ya sintifona dəyişilməli, evdəki xalçaları yığışdırmalıdırlar. Qalın pərdələr də jalüzlərlə əvəz olunmalıdır ki, uşaq düzgün nəfəs alsın. Əgər bunlar dəyişməsə, uşaq davamlı dərmandan asılı olacaq. Ona görə də, ilkin olaraq allergiyanı yaradan səbəbi ortadan qaldırmaq lazımdır. Həmçinin, konyunktiviti qeyd etmək gərəkdir. Bu, göz allergiyasıdır. Havada olan tozcuqlardan gözlər qızarır, sulanır və qaşınır. Bu, mövsüm dəyişikliklərində daha çox müşahidə olunur".
Hansı uşaqların allergik xəstəliklərə tutulma ehtimalı daha çoxdur?Hansı uşaqlarda psixoloji allergiya yaranır?
"Daha böyük uşaqlarda spontan övrə dediyimiz xəstəlik olur", bildirir həkim:
"Bəzən uşaqların bədənlərində köpəşiklər əmələ gəlir. Gecələr yatmağa qoymur, çox qaşınır. Bunun səbəbi psixolojidir. Ana-atası ayrılan və ya yola getməyən, imtahana hazırlaşan, ailəsində ciddi problemi olan uşaqlarda rastlaşırıq, əsasən. Belə şeylər uşağın psixologiyasına təsir edir və gecələr qaşınmaya səbəb olan övrə yaradır. Allergik analizlərində heç bir şey çıxmır. Buna spontan övrə deyirik".
Ana uşağa daha diqqətli yanaşmalıdır
"Dəri və saç rəngi açıq olan uşaqlar daha həssasdırlar", – deyir Röyalə xanım:
"Adi toxunanda belə qızartı qala bilir. Onlar allergiyaya daha çox meyillidirlər. Belə olduğu halda ana uşağa daha diqqətli yanaşmalı, hər yeni qidanı az miqdarda və başqası ilə eyni vaxtda verməməlidir. Orqanizmin qəbul etdiyi qidaya reaksiyasını müşahidə etməlidir. Amma bunu da bilmək lazımdır ki, uşaqda immun sistemi bir yaşından sonra formalaşır deyə, ona qədər yüngül allergiya verən qidalar 1 yaşından sonra reaksiya verməyə də bilər. Allergiyadan qurtulmaq üçün ən yaxşı vasitə ona səbəb olan qidanı rasiondan çıxarmaqdır".//Kaspi

Sağlamlıq       Tarix: 06 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezenesi en son xəbərlər bugün cəbhədən yeni xəbərlər cəbhədən xəbər