Hardasan, əclaf Zori Balayan? - Bağdasaryan od püskürdü
Ermənistandakı siyasi reallığı əks etdirən çıxışlar edən erməni blogerlər düşmən ölkədə baş verən hadisələri olduğu kimi ifadə edir. Bu cür çıxışlar isə erməni cəmiyyətində müəyyən rezonans yaradır. Son vaxtlar bloger Roman Bağdasaryanın çıxışları da məhz Ermənistanda baş verənlərlə bağlıdır.
KONKRET.az xəbər verir, bu dəfə Bağdasaryan özünün Facebook səhfəsindən erməni cəmiyyətini maraqlandıran bir çox məsələlər barədə danışıb.
Bloger bildirib ki, 35 il əvvəl Azərbaycandan çoxlu erməni Rusiya və ABŞ-a gedib. Bu insanlar gözəl və xoşbəxt yaşayırlar. Onlar Qarabağı seçməyiblər. Siyasi şüarlardan uzaq sakit həyat seçdilər: "Bizim atalarımız isə bu qaraçı Zori Balayana və Qarabağdan olan başqa fırıldaqçılara inanaraq Qarabağa gediblər. Atalarımız ya Qarabağda həlak olub, ya da dəhşətli xəstəliklərdən, stressdən dünyasını dəyişiblər. Qarabağlı məmurların, generalların və televiziya aparıcılarının öz xoşbəxtliklərini bizim bədbəxtliyimiz üzərində qurduqlarına artıq heç bir şübhə yoxdur. Bizim valideynlərimiz ölür, bu dəllal dəstəsi isə oğurladıqları pullarla Ermənistanda, Rusiyada zəngin həyat sürürdülər. İnanıram ki, Allah sənə bizim bədbəxtliyimizlə yaşamağa imkan verməyəcək. Hər biriniz atalarımızın qanını ödəyəcəksiniz.
Hər bir erməninin sual verməyə haqqı var. Bütün bunlar son 35 ildə nə edib? 1988-ci il mitinqlərində verilən vədə görə kim cavabdehdir, Zori Balayan niyə susur? Haradadır bu mitinqlərdə vədlər verən, atama yalanlar aşılayan balayanlar? Zori Balayan elə bilir ki, atalarımız güllədən, xəstəlikdən ölüblər və ölümlərinin səbəbini ondan soruşan olmayacaq. Utandığı üçün bir dəfə də olsun müsahibə vermir. Məhz bu zibil Rusiyaya məktublar yazıb, Qarabağın Rusiya Federasiyasının tərkibinə daxil edilməsini xahiş etdi. Yəni Ermənistandan o qədər oğlan öldü. Bu məxluq Qarabağı Rusiyaya birləşdirməyə çalışırdı. Biz sadə insanlardan necə yaşamaq istədiyimizi soruşdunuzmu? Həyatımızı cəhənnəmə çevirmək haqqını sənə kim verib? Qohumlarımız, atalarımız həyatımızın yaxşılaşacağına inanırdılar, bəs nə oldu? Erməni əsgərlərinin sümükləri ilə varlanan Zori Balayan və onun ailəsi daha yaxşı yaşamağa başladı".
Vəli Həsənov
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ