Hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir

Hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verirPrezident cənab İlham Əliyevin "Euronews" televiziyasına verdiyi müsahibə XII Qlobal Bakı Forumunun beynəlxalq məsələlərin müzakirəsində oynadığı mühüm rolu vurğulamaqla yanaşı, müasir qlobal düzənin əsas problemlərini də işıqlandırır. Dövlət başçımız dünya nizamının dəyişdiyini, beynəlxalq təşkilatların etibarlılığının zəiflədiyini və yeni təhlükəsizlik mexanizmlərinin yaradılmasının vacibliyini qeyd edərək, Azərbaycanın milli maraqlarını qoruma siyasətinin uğurlu model olduğunu diqqətə çatdırıb".
Azərbaycan son illərdə həm regional, həm də qlobal siyasətdə önəmli aktorlardan birinə çevrilib. Ölkənin strateji coğrafi mövqeyi, zəngin enerji resursları və balanslaşdırılmış xarici siyasəti onun beynəlxalq nüfuzunu gücləndirib. Xüsusilə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan yalnız Cənubi Qafqazda deyil, daha geniş geosiyasi məkanda da təsir gücünü artırıb.  Dünyanın hər yerindən siyasətçiləri və ekspertləri bir araya gətirən aparıcı tədbirlərdən biri də Qlobal Bakı Forumudur. Prezident cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə sayca 12-ci dəfə keçirilən "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" adlı forumda bəşəriyyəti narahat edən aktual problemlər müzakirə edildi, çıxış yolları axtarıldı, müvafiq təkliflər və tövsiyələr səsləndirildi.
Forum çərçivəsində Prezident İlham Əliyevin "Euronews" televiziyasına verdiyi müsahibədə dünya və regional gündəmə də toxundu, regional və qeyri-regional ölkələrə mühüm mesajlar ünvanladı. Dövlət başçısı forumun əhəmiyyətindən danışaraq bildirdi ki, XII Qlobal Bakı Forumun iştirakçılar ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşəcəklər, xüsusilə bu gün beynəlxalq arenada vəziyyətin kəskin şəkildə dəyişdiyi bir vaxtda. Bu Forumun iştirakçılarının adları onun potensialını əks etdirir. 
Dövlət başçısı müsahibəsində toxunduğu önəmli məsələlərdən biri də dünyada nizamlı sistemin olmaması barədə səsləndirdiyi fikirlər oldu. Bu gün dünyada sürətli dəyişikliklər gedir və bəzi proseslər xaotik xarakter alır. Qlobal səviyyədə müxtəlif siyasi, iqtisadi və ekoloji problemlər son illərdə daha mürəkkəb hala gəlib. Əvvəllər mövcud olan qaydalar və strukturlaşmış beynəlxalq münasibətlər bəzi hallarda öz effektivliyini itirir. Bununla yanaşı, yeni güc mərkəzlərinin meydana gəlməsi, texnologiyanın sürətli inkişafı və pandemiya kimi qlobal miqyaslı hadisələr bu vəziyyəti daha da mürəkkəbləşdirib. Prezident İlham Əliyev müsahibəsində məhz bu məqamlara toxunaraq əlavə etdi ki, bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. 
Dövlət başçısı müsahibədə diqqətə çatdırdı ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Prezident İlham Əliyevin dünyada cərəyan edən geosiyasi və geoiqtisadi proseslərə baxışını əks etdirən bu cümlələrdən aydın olur ki, hər bir ölkə öz gücünə, imkanlarına belə bağlamalıdır. Beynəlxalq yardıma və hüquqa arxalanmaq artıq risklidir. Dövlət başçısının belə qəti fikir söyləməsi onunla bağlıdır ki, Azərbaycan müsqətillik illərində beynəlxalq səviyyədə ikili standartlara məruz qaldı və problemlərinin həllində müvafiq beynəlxalq təşkilatlardan hər hansı bir yetərli dəstək almadı, Prezidentin qeyd etdiyi kimi, ölkəmiz beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı oldu. Dövlət başçısı müsahibəsində birmənalı şəkildə vurğuladı ki, milli maraqlarımız məsələsində Azərbaycan heç kəsə və ya heç bir təsisata arxalanmadı. 
Dövlət başçısının müsahibəsində diqqət çəkən məsələlərdən biri də onun Cənubi Qafqaz regionu barədə fikirləridir. Bu gün region çox məsuliyyətli mərhələdən keçir. Regionun ən təhlükəli problemi- Qarabağ münasiqəşi həll olundu və müşahidə edilən proseslər Azərbaycanın formalaşdırdığı yeni reallıqlar fonunda cərəyan edir. Bakı Ermənistanın sülh gündəminə sadiq qalmasını və regionda davamlı sülhün yaradılması üçün adekvat addımlar atmasını gözləyir. Barışığa doğru addımlar atmaq lazımdı və Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, region hazırda nisbətən sakit dövrdədir. Amma bu sakitlik real addımlarla təmin olunmalı, gücləndirilməlidir. Prezident bir daha xatırlatdı ki, növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaradılmalıdır və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışılmalıdır. 
Bir sözlə, Prezident bir daha Azərbaycanın milli maraqlara yönəlik xarici siyasət kursu tutduğunu və hədəflərə çatmasında ancaq öz gücünə arxalandığını ortaya qoydu. 
Fuad Hüseynzadə
Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri / azxeber.com

Siyasi       Tarix: 17 mart 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən yeni xəbərlər hava son xeberler bugun 2026 muharibe xəbərlər