Həbib Nurməhəmmədov bu səbəbdən karyerasını BAŞA VURUB
Rusiyalı qarışıq döyüş ustası Həbib Nurməhəmmədov peşəkar döyüş karyerasını başa vurmasının səbəbini açıqlayıb.
Publika.az xəbər verir ki, ESPN telekanalına müsahibə verən yüngül çəkidə UFC çempionu öz qərarını əsaslandırıb və gələcək planlarından danışıb.
"Mən kim olduğumu sübut etmək üçün peşəkar idmana gəldim və dünya çempionu oldum. Üç dəfə titulumu qorudum. Daha nə edim? Pula görə döyüşüm? Mənə pul lazım deyil", - deyə Həbib bəyan edib.
Bununla yanaşı, idmançı gələcək planlarıyla da bölüşüb.
"Ailəmlə birlikdə keçirdiyim vaxtdan zövq alacağam. Mənim qardaşlarım hələ də döyüşməyə davam edirlər. Onlara dəstək olacağam. Mənim bir neçə biznes layihəm də var", -deyə UFC çempionu bildirib.
Qeyd edək ki, H.Nurməhəmmədov peşəkar rinqdə keçirdiyi 29 görüşün hamısını qələbə ilə başa vurub. Yenilməz döyüşçü ötən ilin oktyabrında karyerasını bitirdiyini açıqlayıb.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb