Həbibin əmisi oğlu polisi vurmaqda şübhəli bilinir
Həbib Nurməhəmmədovun əmisi oğlu, MMA döyüşçüsü Usman Nurməhəmmədov Dağıstanda polisi vurmaqda şübhəli bilinir.
Publika.az xəbər verir ki, bu barədə "RIA Novosti"yə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
"Rusiya Daxili İşlər Nazirliyinin Kaspiysk üzrə İdarəsi "Toyota Camry" ilə Aeroport keçid məntəqəsində polis əməkdaşını vuran 29.10.1998-ci il təvəllüdlü Kamal Xabiboviç İdrisovu və 17.04.1998-ci il təvəllüdlü Usman Maqomednabieviç Nurməhəmmədovu axtarır. Adıçəkilən şəxslər Şeremetyevo hava limanına uçublar, - polisin oriyentasiyasında deyilir.
Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Mərkəzi Federal Dairəsi üzrə Nəqliyyat Departamenti öz növbəsində adlarını çəkmədən bildirir ki, Şeremetyevoda polisi vurduqlarına görə Mahaçqaladan gəlmiş iki nəfər faktiki olaraq saxlanılıb.
Press-relizdə göstərilən hər ikisinin doğum ili oriyentasiya məlumatlarına - 1998-ci ilə təsadüf edir.
Qeyd olunur ki, onlar Aeroport keçid məntəqəsində avtomobillə polis əməkdaşını vurmaqda şübhəli bilinirlər.
Hüseyn

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək