Həbs edilən separatçılara ailələri ilə əlaqə saxlamaq imkanı verildi
Qarabağ bölgəsində törətdikləri cinayətlərə görə Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən məhkəmə qarşısına çıxarılan erməni separatçılarına ailələri ilə əlaqə saxlamaq imkanı yaradılıb.
azxeber.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatına Milli Assambleyanın "Hayastan" blokundan olan deputatı Qeqam Manukyan məlumat verib.
Xüsusilə, iki gün əvvəl onun qardaşı, qondarma rejimin keçmiş "müdafiə ordusu komandirinin müavini" general-mayor Davit Manukyan ailə üzvləri ilə qısa telefon danışığı aparıb.
Həmçinin separatçıların keçmiş "prezidentləri" və "müdafiə naziri" vəzifəsini tutan Leva Mnatsakanyana qohumları ilə ünsiyyət imkanı verilib.
Qeyd edək ki, dünən separatçıların keçmiş "dövlət naziri" Ruben Vardanyanın oğlu atasının ailə ilə əlaqə saxladığını, vəziyyətinin qənaətbəxş olduğunu bildirib.
Xatırladaq ki, David Manukyan, Leva Mnatsakanyan və Ruben Vardanyandan başqa, Qarabağda separatçılara rəhbərlik edən, hazırda Bakıda həbsdə olan Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan və "parlament sədri" David İşxanyan da Bakıya gətirilib.
Turlar.az [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ