Həbs olunan prodüser Təranə Səmədovadan xəbər var - Övladları ilə bağlı ərizə yazacaq

Həbs olunan prodüser Təranə Səmədovadan xəbər var - Övladları ilə bağlı ərizə yazacaqHəbs olunan tanınmış prodüser Təranə Səmədova övladlarının qəyyumluğa verilməsi ilə bağlı ərizə yazacaq. 
azxeber.com xəbər verir ki, bu barədə Oxu.Az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib:
"Bir neçə gün öncə Təranə ilə danışığımız olub. Bildirib ki, uşaqların bizim qəyyumluğumuza verilməsinə görə ərizə yazacaq". 
Kəmalə Ağazadə prodüserin azyaşlı qızının çəki probleminin artıq düzəldiyini, böyük qızının isə növbəti həftədən dərslərinə davam edəcəyini bildirib:
"Balaca qız anasından ayrı qaldığı üçün kürlük etmir. Uşağın qidalanmasında, inkişafında nə lazımdırsa, edirik. Hər şey qaydasındadır. Gələn həftədən etibarən Təranənin böyük qızı Suel məktəbə gedəcək. Qiymətləndirmə Sosial Xidmətlər Agentliyi tərəfindən həyata keçirilir. Uşaqlarla bağlı yetərincə iş aparılır. Hələlik istintaq-məhkəmə dövründə uşaqlar bizim sığınacaqda qalacaqlar". 
Birlik sədri əlavə edib ki, Təranənin uşaqlarını himayəsinə almaq istəyən müğənni Rəqsanə hər gün uşaqlarla bağlı məlumatlar alır.
Qeyd edək ki, bu, Təranə Səmədovanın ikinci həbs həyatıdır. Birinci dəfə insan alverinə görə təqsirləndirilən prodüser iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunub. Hazırda isə o, Cinayət Məcəlləsinin 182-ci ( hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.

Şou Biznes       Tarix: 27 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Biznes sahibi olan məşhurlar: Kim hansı sahəyə sərmayə yatırıb?

Son illər Azərbaycanda bir sıra məşhur simalar qazanc mənbələrini genişləndirərək müxtəlif sahələrə sərmayə yatırırlar. Onların arasında restoran, kafe, geyim, gözəllik və qida sektorunda fəaliyyət göstərən, öz adları il

Dəniz Göktaş saxlanıldı

"Ölü Dəniz" adlı stand-up şousu ilə gündəmə gələn komediya ustası Dəniz Göktaş saxlanılıb. xəbər verir ki, Türkiyəli komediya ustası Dəniz Göktaş xarici ölkəyə səfərdən İstanbula qayıdarkən hava limanında paspor

Stress Xatirə Yüzbəyovanı xəstəxanalıq etdi

Aktyor Taleh Yüzbəyovun bloger həyat yoldaşı Xatirə Yüzbəyova xəstəxanaya yerləşdirilib. O, bu barədə sosial media hesabında paylaşım edib. "Son zamanlar stressə bağlı olaraq nə düzgün qidalandım, nə düzgün yatdım. Gördü

18 yaşı tamam olmayan oğlunun maşın sürən görüntüsünü paylaşdı

Rəqqasə Fatimə Fətəliyeva oğlu ilə bağlı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında 18 yaşı tamam olmayan oğlu Hüseynin avtomobil idarə edərkən lentə alınan görüntülərini yayımlayıb. Videod

Cici Hadidlə Bredli Kuper Parisdə - Fotolar

Məşhur supermodel Cici Hadidlə aktyor sevgilisi Bredli Kuper Fransaya yollanıb. xəbər verir ki, cütlük Paris küçələrində əl-ələ gəzərkən obyektivlərə tuş gəliblər. Qeyd edək ki, müğənni Zayn Malikdən ayrıldıqdan sonra Cicini

"Buna həqiqətən dəyərdimi, Haluk?" - Mahsun Kırmızıgül

Türkiyəli məşhur müğənni Mahsun Kırmızıgül iyulun 12-də saxlanılan "Ahbap" dərnəyinin sədri, tanınmış müğənni Haluk Leventlə bağlı paylaşım edib. xəbər verir ki, Mahsun instaqram hesabında bir zamanlar ən yaxı

Haluk Leventin saxlanılan köməkçisi danışdı

İstanbul Respublika Prokurorluğunun AHBAP Dərnəyi ilə bağlı apardığı istintaq çərçivəsində saxlanılan Yeliz Kaya ifadəsində diqqət çəkən iddialar səsləndirib. xəbər verir ki, yerli KİV-in məlumatına görə, Haluk Leventin köməkçis

Türkiyəli məşhurlar saxlanıldı

Türkiyənin Bakırköy Cumhuriyyət Baş Prokurorluğu narkotiklərlə mübarizə çərçivəsində 25 nəfər barəsində saxlanılma qərarı verib. Şübhəlilər arasında sənətçi, aktyor, iş adamı və obyekt sahiblərinin olduğu bildirilib. Əməliyya

Aygün Kazımova Röyagilə qonaq getdi

Xalq artisti Aygün Kazımova həmkarı Röya Ayxanın evində qonaq olub. xəbər verir ki, bu barədə müğənni Kazım Can instaqram hesabında paylaşım edib. Görüntülər qısa müddətdə izləyicilərin marağına səbəb olub


yeni xeberler azerbaycan xeberleri son xeberler krimnal xeber xeberler axsam az xeberler cəbhədən son məlumat