Həbsxana rəisi öz avtomobilində güllələndi - FOTOLAR
Cinayətkar şəbəkənin tələblərini yerinə yetirməyən həbsxana rəisinə silahla hücum edilib.
KONKRET.az xəbər verir ki, Kolumbiyada həbsxana müdiri şəxsi avtomobilində güllələnib.
Paytaxt Boqotadakı La Modelo həbsxanasının direktoru Elmer Fernandes 80-ci küçədə motosikletli insanlar tərəfindən öldürülüb. Bədəninə çoxlu güllə dəyən Fernandes hadisə yerində dünyasını dəyişib.
Prezident Gustavo Petro X hesabına hücumu pisləyib və şübhəlilərin dərhal həbs edilməsini əmr edib.
Fernandezin ailəsinə başsağlığı verən Petro "Təhlükəsizlik şurası fövqəladə iclas keçirəcək. Fernandez vəhşicəsinə öldürüldü. Bütün həbsxanalarda yeni tədbirlərin görülməsi üçün lazımi göstərişləri verdim" deyib.
Yerli mətbuatın məlumatına görə, həbsxana müdiri Fernandezin bir müddət əvvəl bandaların tələblərini yerinə yetirmədiyi üçün ölümlə hədələdiyi üzə çıxıb.
Müxalifət partiyalarının verdiyi açıqlamada Fernandezin qətli pislənilib və hökumətdən həbsxana müdirlərinin təhlükəsizliyinin təmin edilməsi istənilib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi