Heç nəyi gizlətmədən əhaliyə hər şeyi deməliyik ki, bu təhlükədən xəbərdar olsunlar' - Deputat

Heç nəyi gizlətmədən əhaliyə hər şeyi deməliyik ki, bu təhlükədən xəbərdar olsunlar' - DeputatSon günlər dünyanın diqqət mərkəzində olan əsas məsələlərdən biri də yeni ortaya çıxan və sürətlə yayılan meymunçiçəyi xəstəliyidir. Artıq son məlumatlara görə, Avropa ötən aydan bəri yayılan meymunçiçəyi virusunun episentri olmaqda davam edir. 
ÜST-ün Avropa direktoru Dr. Hans Kluge virusun qitənin 25 ölkəsində yayıldığını bildirib. O, qeyd edib ki, indiyədək təsdiqlənmiş 1600-dən çox yoluxma halının 85 faizi Avropadadır. 
Sürətlə yayılan bu xəstəlik artıq qonşu ölkəmizə qədər gəlib çatıb. Belə ki, Gürcüstanda meymunçiçəyi virusuna ilk yoluxma halı təsdiqlənib. Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib. 
Bəs qonşu ölkəmizə qədər ayaq açan bu xəstəliyin Azərbaycana gəlmə riski nə qədərdir? Bunun qarşısının alınması üçün hansı addımlar atılmalıdır?
Məsələ ilə bağlı azxeber.com-a Milli Məclisin deputatı Asim Mollazadə fikirlərini bildirib. O, qeyd edib ki, Azərbaycan bu məsələdə hazırlıqlı olmalıdır:
"Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, bu xəstəliyin yoluxma qabiliyyəti elə də yüksək deyil. Amma buna baxmayaraq, Azərbaycan ən azı hazırlıqlı olmalıdır. Müvafiq testlər əldə etmək lazımdır ki, düzgün diaqnoz qoyulsun. Əhali xəbərdar olunmalıdır ki, hansısa xəstəliyin mövcudluğu barədə məlumatlansın. Çünki xəstəlik yaxın məsafədən keçir, kimdəsə aşkarlanarsa, xəstə izolyasiya olunmalıdır. Yəni, xəstəliklərə qarşı əsas tədbirlər var ki, onlar hər zaman gözlənilməlidir. Belə olan halda yoluxma riski də azalmış olur". 
Deputat həmçinin qeyd edib ki, ölkəmiz üçün hələ ki, ciddi təhlükə yoxdur:
"Azərbaycanda meymunçiçəyinə yoluxma faktları aşkarlanmayıb. Qonşu ölkə Gürcüstanda aşkarlandı, o da səhv etmirəmsə, hələ ki, bir nəfərdədir. Onun da bizim üçün hələ ki, ciddi təhlükəsiz yoxdur. Çünki yoluxma ancaq yaxın məsafədən keçir. Amma bu məsələlərdə hər kəs öz üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir". 
Quru sərhədlərinin açılıb-alımamasına da münasibət bildirən deputat qeyd edib ki, qonşu ölkələrdəki vəziyyətə uyğun olaraq qərarlar qəbul edilməlidir.
Aydın Nuri

Siyasi       Tarix: 17 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi


azerbaycan xeberleri son xeberler yeni xeberler sou xeberler bu gunun xeberleri haqqinda melumat xeber.az son xeberler xeberler bu qun