Həkim faiz vermədiyinə görə işdən çıxarıldı - ŞOK İDDİA

Həkim faiz vermədiyinə görə işdən çıxarıldı - ŞOK İDDİAAzərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda həkim-radioloq vəzifəsində çalışan Abdullayev Ramil Şakir oğlu Musavat.com-dan kömək istəyir. 6 ildir institutda çalışan həkim çox çətin durumla üzləşdiyini deyir.
O, institutun direktoru Mətanət Əfəndiyeva tərəfindən uzun müddət davam edən təzyiq, hədə-qorxu, qanunsuz tələblər və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə üzləşdiyini iddia edir.
Həkim faiz vermədiyinə görə işdən çıxarıldı - ŞOK İDDİAR.Abdullayevin sözlərinə görə, son bir neçə ay ərzində direktor ondan hər ay aldığı bonusların yarısını ona verməsini tələb etmiş, imtina etdikdə isə açıq şəkildə bildirib ki, pul verib sənin yerinə işə düzəlmək istəyənlər çoxdur: "Xəstəxanada yeganə həkim-rentgenoloq olduğum üçün üzərimə düşən iş yükü normadan artıqdır və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən bu səbəbdən bonuslar ödənilir. Bonus verməkdən imtina etdiyim üçün direktor tərəfindən qanunsuz şəkildə mənə gündə 25 müayinədən artıq etməyə qadağa qoyulub, xəstələrə talon verilməsi dayandırılıb, iş vaxtım bitməsinə baxmayaraq xəstə qəbulu aparmağıma icazə verilmir.
2025-ci ilin oktyabr ayında məzuniyyətdə olduğum müddətdə direktor qanunsuz olaraq əlavə həkim-rentgenoloq ştatı açmış, saxta müsabiqə təşkil edərək, digər daha təcrübəli namizədlər olduğu halda, radiologiya şöbəsinin müdiri Şəfiqə Əliyevanın yaxın rəfiqəsini işə götürüb. Bununla yanaşı, 26 noyabr 2025-ci il tarixində radiasiya təhlükəsizliyinə cavabdeh şəxs statusundan azad edilməyimlə bağlı müraciət etsəm də, ekspert komissiyasının mənim xeyrimə verdiyi qərara baxmayaraq direktor sərəncam verməkdən imtina edib. 25 dekabr 2025-ci il tarixində isə mənim iştirakım olmadan qanunsuz iclas keçirərək dövlət sənədlərini saxtalaşdırıb, məni işdən çıxarıblar. Bundan əlavə, direktorun rəhbərliyi dövründə xəstəxana üçün alınan avadanlıqların iki-üç dəfə baha qiymətə, saxta tenderlər yolu ilə əldə edilməsi, dövlət vəsaitinin israf olunması halları mövcuddur. 2019-cu ildən etibarən xəstəxanada rentgen texniki olmadan tək fəaliyyət göstərmiş, dəfələrlə müraciət etməyimə baxmayaraq bu problem aradan qaldırılmamış, mən həm həkim, həm də texnik kimi işləməyə məcbur edilmişəm. Təsəvvür edin ki, bu il 9 oktyabr tarixində kabinetimdə rəhbərlik tərəfindən yerləşdirilmiş dinləyici qurğu aşkar edildi. Kabinetimin açarının digər nüsxəsi isə, xəstəxananın təsərrüfat şöbəsinin müdiri Cavanşir Tanrıverdidə olub. İndi görün mən hansı təhlükəli şəraitdə çalışmışam.
Aidiyyatı qurumlardan xahiş edirəm ki, mənə köməklik göstərsinlər. Qeyd etdiyim faktlar yaxından araşdırılsa, hər kəs görər ki, Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda hansı qanunsuzluqlar baş verir".
Mənbə: Musavat.com
Həkim faiz vermədiyinə görə işdən çıxarıldı - ŞOK İDDİAHəkim faiz vermədiyinə görə işdən çıxarıldı - ŞOK İDDİA/ azxeber.com

Sosial       Tarix: 04 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyində

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki


azerbaycan xeberleri yeni xeberler son xeberler bu gune olan xeberler son xəbərlər bu gunun xeberleri haqqinda melumat bugünkü son xəbərlər