Trampın adamı Bakıda: Əliyev telefon zəngində bunu xüsusi vurğulayıb, lakin…

Trampın adamı Bakıda: Əliyev telefon zəngində bunu xüsusi vurğulayıb, lakin…"ABŞ-ın daxili təhlükəsizlik naziri Markveyn Mullinin Azərbaycana səfər edərək Prezident İlham Əliyevlə görüşməsi çox mühümdür".
KONKRET.azxəbər verir ki, bu sözləri Globalinfo.az-a Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov deyib.
Ekspert bildirib ki, hazırda həssas bir dövrdür:
"Bu həssaslıq təkcə regionla bağlı deyil. Yaxın Şərqdə müəyyən proseslər baş verir və buna paralel olaraq regionumuzda Ermənistan–Azərbaycan sülh prosesi də gedir. Bu prosesdə Vaşinqtonun iştirakı var. Ötən ilin avqustunda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə üçtərəfli görüş keçirildi və sülh sazişi paraflandı. Eyni zamanda, Bakı ilə Vaşinqton arasında strateji xartiya imzalandı, ardınca ABŞ-ın vitse-prezidenti Azərbaycana səfər etdi.
Bu, iki ölkə arasında münasibətlərin inkişafını göstərir. Lakin İran-ABŞ gərginliyi fonunda bəzi xoşagəlməz fikirlərin də şahidi ola bilərik. Amma mən bir məqamı xüsusilə qeyd edim ki, Bakının Tehranla bağlı məsələlərdə mövqeyi bəllidir. Prezident İlham Əliyev Donald Trampla telefon danışığında və təbrik məktublarında İranın blokadada qalmasına yönələn təzyiqləri doğru hesab etmədiyini bildirib.
Azərbaycan Prezidenti İranla münasibətlərin beynəlxalq hüquq və danışıqlar yolu ilə həllinin tərəfdarıdır. İran tərəfdən, təəssüf ki, müəyyən xoşagəlməz fikirlər səsləndiriləcək. Adətən, bu kimi səfərləri fərqli şəkildə təqdim etməyə və təhrif etməyə çalışırlar".

Siyasi       Tarix: 24 noyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Ağdamın Qayıdışı Ali Baş Komandanın qalib hərbi-siyasi iradəsinin nəticəsidir

"Azərbaycanın Zəfər təqvimində 20 noyabrın xüsusi yeri var. Altı il əvvəl Qarabağın ən böyük iqtisadi, mədəni və inzibati mərkəzlərindən biri olan Ağdam 27 illik işğaldan azad edildi. Vətən müharibəsinin başa çatmasında

Heç bir nəticəsi olmayacaq! Zəngəzur, ardınca Göyçə… – Sabiq nazirdən ŞOK

"Aydındır ki, Ermənistan parlamentindəki bu klounada heç bir nəticə verməyəcək… Referendum olmayacaq. Əgər keçirilsə belə, yalnız cəmiyyətin "revanş istədiyini" nümayiş etdirmək məqsədi daşıyacaq". -

Azərbaycan XİN COP31-in nəticələrini yüksək qiymətləndirdi

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Türkiyəni COP31 iqlim konfransının uğurlu təşkilinə görə təbrik edib. xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib. Rəfiyev COP31 çərçivəsind

Rumıniya səfiri Rusiya XİN-ə çağırıldı

Rumıniyanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə xarici siyasət idarəsindən bildirilib. Buxarestin Rusiya idmançılarına viza verməkdən imtin

Məğlubiyyət dövründən zəfərə və yeni milli hədəflərə doğru

"Yeni Azərbaycan Partiyasının 34 illik tarixi ölkəmizin müstəqillik dövründə keçdiyi böyük siyasi yolun ayrılmaz bir parçası, mühüm salnaməsidir. 1992-ci ilin noyabrında Naxçıvanda yaradılan təşkilat qısa bir vaxtda-cəm

İlham Əliyev həqiqi hərbi xidmətlə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2027-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqınd

Prezident: Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir

Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir. Bu sözləri Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində deyib. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsini

1000 nəfərin müəmmalı taleyi – Paşinyan Azərbaycana üz tutdu

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə etdiklərini açıqlayıb. xəbər verir ki, Paşinyan bu barəd

Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-də Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Vo Ti An Suan ilə görüşüb. Görüşdə ölkələrimiz arasında münasibətlərin iki xalqın bi


yeni xeberler azerbaycan xeberleri son xeberler krimnal bugun cəbhədən son xəbərlər xabar az oxu.az xeberler