Azərbaycan XİN COP31-in nəticələrini yüksək qiymətləndirdi
Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Türkiyəni COP31 iqlim konfransının uğurlu təşkilinə görə təbrik edib.
KONKRET.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
Rəfiyev COP31 çərçivəsində Ədalətli Keçid üzrə İş Proqramı, Qlobal Adaptasiya Məqsədi, İqlim Maliyyəsi üzrə İş Proqramı və Adaptasiya Fondu ilə bağlı mühüm nəticələrin əldə olunduğunu bildirib.
Nazir müavini COP31 sədrliyinə və danışıqlara rəhbərlik edən Avstraliyaya xüsusi təşəkkürünü ifadə edib.
O, Avstraliyanın yekun qərarın könüllü şəkildə irəli sürülməsində göstərdiyi cəsarəti, eləcə də inklüziv, şəffaf və tərəflərin iştirakına əsaslanan proses vasitəsilə konsensus əldə etmək istiqamətində səylərini yüksək qiymətləndirib.
"İqlim danışıqlarının mürəkkəb xarakterinə görə konsensusa nail olmaq hər zaman mümkün olmaya bilər. Lakin buna nail olmaq üçün göstərilən qətiyyət ən yüksək hörmətə layiqdir", – deyə Rəfiyev vurğulayıb.
O, Türkiyəyə COP31 sədrliyini qarşıdakı bir il ərzində həyata keçirməkdə uğurlar arzulayıb və COP32-nin gələcək sədri Efiopiya ilə sıx əməkdaşlığa ümid etdiyini bildirib.

İranda növbəti dəfə zəlzələ olub, Naxçıvanda da hiss edilib
Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi
İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu
38 yaşlı aktyor faciəli şəkildə həyatını itirdi
Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib
Harri Keyn əməliyyat olundu - Foto
İranda zəlzələ oldu: Naxçıvanda hiss edildi
Vyetnamın 2020-ci ildəki dəstəyinə görə minnətdarıq - İlham Əliyev
Zaxarova: BMT-də islahatlar təşkilatın bütün sahələrini əhatə etməlidir
"Neftçi" liderliyə yüksəldi - "Qarabağ" "Kəpəz"ə qarşı
Azərbaycanda beşinci sinif şagirdi vəfat etdi
Gürcüstanda surroqat analıq qadağan edilir