"Həkimlər səhvən başqa orqanımı kəsdilər"
Türkiyəli aktrisa Aslı Bekiroğlu həkim səhvi nəticəsində bağırsağının kəsildiyini təsdiqləyib.
KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, məşhur aktrisa qonaq olduğu "Ne Olursan Ol Rahat Ol" proqramında sadə bir mioma əməliyyatı üçün masaya əyləşdiyini, lakin cərrahların ehtiyatsızlığı ucbatından bağırsağının kəsildiyini bildirib. Sənətçi bu hadisənin onun üçün böyük kabusa çevrildiyini və uzunmüddətli müalicə prosesinə başladığını vurğulayıb.
Aktrisa başına gələnləri təfərrüatı ilə danışaraq "Mioma əməliyyatına girdim, amma çıxanda bağırsağımın kəsildiyini öyrəndim" deyərək yaşadığı şoku ifadə edib. O, əməliyyatdan sonrakı ağrılı proses haqqında "Həkim səhvi ucbatından üç dəfə əməliyyat olundum və hələ qarşıda daha iki əməliyyatım var" sözləri ilə vəziyyətin nə dərəcədə kritik olduğunu diqqətə çatdırıb. Bekiroğlu sağlamlığına qovuşmaq üçün böyük mübarizə apardığını bildirərək "Qarnımdakı o boşluğu doldurmaq üçün əzələ köçürdülər, amma o da tutmadı" deyə başına gələn uğursuz müdaxilələrdən şikayətlənib.
Aslı Bekiroğlu bu prosesin həm fiziki, həm də mənəvi cəhətdən çox çətin keçdiyini deyib. Aktrisa hazırda bərpa dövründədir və yaxın vaxtlarda ayağından alınan toxumanın zədələnmiş nahiyəyə köçürülməsi üçün yenidən əməliyyat masasına əyləşəcək. Yaşadığı bütün bu çətinliklərə baxmayaraq pərəstişkarlarına yaxşı olacağını və mübarizəsini davam etdirəcəyini vəd edib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA