Həkimlər, tibb bacıları və ingilis dilini bilənlərə ŞAD XƏBƏR: Britaniya yeni viza açır

Həkimlər, tibb bacıları və ingilis dilini bilənlərə ŞAD XƏBƏR: Britaniya yeni viza açırBöyük Britaniyada növbədənkənar seçkilərdə kim qalib gəlirsə-gəlsin, miqrasiya siyasətində ciddi dəyişikliklər olacaq.
Publika.az xəbər verir ki, iqtidardakı Mühafizəkarlar Partiyası "Breksit"dən sonra hərəkət sərbəstliyinə son qoyacaq. Miqrasiya məsələsində nəzarət hökumətə geri qaytarılacaq. Baş nazir Boris Conson Avstraliya tərzi xal prinsipli sistemə keçəcəklərini vəd edir.
Belə ki, ölkədə ehtiyac duyulan işçi qüvvəsi miqrasiya siyasəti ilə tənzimlənəcək. Açıq olan işlərdə çalışmaq üçün ölkəyə gəlmək istəyənlər xal sistemi ilə qəbul olunacaq. Xallar yaş, ingilis dili biliyi və iş təcrübəsinə görə veriləcək. Bu proqram istedadlı miqrantlara iş təklifi almadan ölkəyə girmək imkanı verəcək. Kimin qəbul ediləcəyi isə tamamilə hökumətin ixtiyarında olacaq.
Partiya, bundan əlavə, Milli Səhiyyə Xidmətlərindən iş təklifi alan və ingilis dili biliyi olan həkim, tibb bacısı və araşdırmaçılar üçün yeni viza növü yaratmaq üzərində düşünür.
"Breksit"dən əvvəl Britaniyada yaşayan Avropa İttifaqı vətəndaşlarının haqları qorunacaq. "Breksit"dən sonra onlar digər ölkə vətəndaşları ilə eyni haqlara sahib olacaqlar.
"Breksit"dən sonra Britaniyaya köç edən ittifaq vətəndaşları 5 il işlədikdən sonra işsizlik, yaşayış və uşaqlarla bağlı yardım ala biləcəklər. Yeni miqrantlar səhiyyə sistemindən faydalanmadan əvvəl ödəniş etmək məcburiyyətində olacaq.
İşçi Partiyası
Ana müxalifətdəki İşçi Partiyası isə "bəşəri miqrasiya sistemi" quracaq və "düşmən münasibətləri"nə son qoyacaq. Partiya həm insan haqlarına əsaslanan, həm də iqtisadi və ictimai xidmətləri üçün lazımi bacarıq və iş qüvvəsi əksikliyini qarşılamağa istiqamətlənən sistem quracaq.
"Breksit"dən sonra hərəkət sərbəstliyi genişlənəcək. Ölkədəki bütün Aİ vətəndaşlarının yaşamaq və işləmək haqqı tanınacaq.
Xal prinsipli miqrasiya siyasətinə qarşı çıxan partiya qaçqınlar daxil, bütün işçilərin istismarını dayandırmaq üçün işçi qüvvəsi bazarını nizama salacaq. Ölkədə qalmaq haqqı olanların qohumlarının deportasiya edilməsinin qarşısı alınacaq. Partiya iki deportasiya mərkəzini bağlayacaq.
Liberal Demokratlar Partiyası
"Breksit"ə qarşı olan partiya Aİ daxili hərəkət sərbəstliyini qorumağı vəd edir. Partiya iş vizaları yaradacaq. Tələbələrin məzun olduqdan 2 il sonra işləmə haqqı tanınacaq. İş icazəsi və tələbə vizalarının qərarı firma və tədris qurumlarına həvalə ediləcək.
Qaçqınların həbsi son çarə kimi istifadə olunacaq. 9 həbs mərkəzindən 7-i bağlanacaq.
Breksit Partiyası
Radikal sağçı Niqel Faraqenin liderlik etdiyi partiya miqrant sayını ildə 50 minlə məhdudlaşdıracaq, hərəkət sərbəstliyinə son qoyacaq. "Etnik kökə kor baxmaq" və xal prinsipli sistemlə işçi qüvvəsini təmin edəcək.
Qeyd edək ki, ölkə miqyasında aparılan anket sorğularına görə, Mühafizəkarlar Partiyası seçkilərin lideridir.
Zümrüd /publika.az

Dünya       Tarix: 27 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin

Ermənistan Azərbaycana görə Zəngəzurun mərkəzini dəyişir

Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir. xəbər verir ki, Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır

Borrel Donbasa gedəcək - Təmas xəttində

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynaya səfər edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir. Ali komissarın 4-6 yanva

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

Qumbaraya oxşayan nəsnəyə görə 10 nəfər TƏXLİYƏ EDİLDİ

Moskvanın şimalında qumbaraya bənzər obyektə görə 10 nəfər evlərindən təxliyə edilib. xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin Fövqəladə Hallar Xidmətinin sözçüsü məlumat verib. Onun sözlərinə görə, Şimal-Şər


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən canlı cəbhədən görüntüleri ən son xəbərlər bugün valyuta mezennesi 2026