Hələ də davam edən İsrail-Fələstin müharibəsi: Dünya ölkələri kimi dəstəkləyir? - ARAŞDIRMA

Hələ də davam edən İsrail-Fələstin müharibəsi: Dünya ölkələri kimi dəstəkləyir? - ARAŞDIRMAMəlum olduğu kimi, ötən ay HƏMAS radikal qruplaşması "İslami-Cihad"la birgə İsrailin cənub zonasına hücum edib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında "Dəmir qılınclar" adını verdiyi hərbi əməliyyata başlayıb. Hazırda dünya gündəmi İsraillə Fələstin arasındakı münaqişə üzərində köklənib.
Maraqlıdır, İsraillə Fələstin arasında davam edən müharibəyə dünya ölkələri hansı cəbhədən baxır?
KONKRET.az Fələstini, İsraili və sülhü dəstəkləyən ölkələri araşdırıb.
ABŞ, Fransa, Almaniya, İtaliya və Böyük Britaniya İsraili dəstəklədiklərini açıqlayıb. ABŞ prezidenti Co Bayden, Fransa rəhbəri Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz, İtaliyanın baş naziri Giorgia Meloni və onun böyük britaniyalı həmkarı Rişi Sunak İsrail-Fələstin münaqişəsinin həlli ilə bağlı görüşdən sonra birgə bəyanat veriblər. Liderlər İsraili qətiyyətlə dəstəklədiklərini vurğulamaqla yanaşı, HƏMAS-ı və onun dəhşətli terror aktlarını birmənalı şəkildə pislədiklərini bildiriblər. Sadalanan ölkələrin liderləri İsrailin bu savaşı qazanması üçün lazımi köməyi edəcəklərini də açıqlayıblar: "Biz İsrailin özünü müdafiə edə bilməsini təmin etmək üçün müttəfiq və ortaq dost olaraq vahid və koordinasiyalı qalacağıq".
Hələ də davam edən İsrail-Fələstin müharibəsi: Dünya ölkələri kimi dəstəkləyir? - ARAŞDIRMAİsrailin özünü və xalqını müdafiə etmək səylərini dəstəkləyəcəklərini qeyd edən liderlər ona qarşı yönələn hücumlara görə xəbərdarlıq da ediblər: "Biz hamımız Fələstin xalqının qanuni istəklərindən xəbərdarıq və həm israillilər, həm də fələstinlilərin azadlıq yolunda bütün addımlarını dəstəkləyirik. Amma HƏMAS bu tələbləri gözləmir, Fələstin xalqına terror və qırğından başqa heç nə vermir".
Ukrayna hökuməti İsraili tam dəstəklədiyini və ehtiyac olduğu təqdirdə hərbi dəstək verəcəyini bildirib.
Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel X sosial media platformasında verdiyi açıqlamada İsraili dəstəklədiyini deyib: "İsrail və xalqına qarşı başladılan, günahsız vətəndaşları terrorun və zorakılığın qurbanına çevirən hücumları şiddətlə qınayıram".
Aİ Komissiyasının sədri Ursula fon der Leyen də HƏMAS-ı qınayıb və İsrailin bu cür xain hücumlara qarşı özünü müdafiə etmək hüququnu müdafiə edib.
Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell də "İsraillə tam həmrəyəm" mesajını paylaşıb.
Hələ də davam edən İsrail-Fələstin müharibəsi: Dünya ölkələri kimi dəstəkləyir? - ARAŞDIRMABelçika, İspaniya, İtaliya, İsveçrə, İrlandiya, Hollandiya, Xorvatiya, Avstriya, Yunanıstan, Çexiya, Sloveniya, Finlandiya, Polşa, Litva, Latviya, Estoniya və Kosovo rəsmiləri də HƏMAS-a reaksiya verən və İsraili dəstəkləyən mesajlar dərc ediblər.
Hələ də davam edən İsrail-Fələstin müharibəsi: Dünya ölkələri kimi dəstəkləyir? - ARAŞDIRMAİranın dini lideri Ayətullah Əli Xameneinin baş müşaviri isə HƏMAS-ın İsrailə qarşı başlatdığı gözlənilməz hücumu dəstəklədiklərini bildirib.
Fələstinli uşaqlara dəstək məqsədilə Tehranda keçirilən toplantıda çıxış edən Rəhim Səfəvi Fələstinin İsrailə qarşı başlatdığı savaşın qürurverici olduğunu deyib.
Hələ də davam edən İsrail-Fələstin müharibəsi: Dünya ölkələri kimi dəstəkləyir? - ARAŞDIRMAMisir İsrailin Fələstinə qarşı hücumlarının dayandırılmasına və münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu gizlətməyib. Misir Xarici İşlər Nazirliyindən verilən bəyanatda bildirilib ki, regionda baş verən proseslər qarşısında maksimum təmkin nümayiş etdirilməli və mülki vətəndaşlar əlavə risklərə məruz qalmamalıdır. Digər tərəfdən, Misir rəsmiləri İsraili Fələstin xalqına qarşı hücumlarını və təxribat xarakterli hərəkətlərini dayandırmağa və beynəlxalq humanitar hüquq qaydalarına əməl etməyə çağırıb.

Qətər Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada bildirilib ki, Fələstin xalqına qarşı davam edən zorakılıqda İsrail birbaşa məsuliyyət daşıyır.
Səudiyyə Ərəbistanı da münaqişəni yaxından izlədiyini açıqlayıb və məsələnin sülh yolu ilə həll olunması üçün beynəlxalq ictimaiyyəti köməyə çağırıb.
Hələ də davam edən İsrail-Fələstin müharibəsi: Dünya ölkələri kimi dəstəkləyir? - ARAŞDIRMASemra Ələkbərli,
KONKRET.az

Siyasi       Tarix: 15 noyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm


yeni xeberler azerbaycan xeberleri son xeberler xəbərlər son xeber.az xeberler bu qun cəbhədən son xəbərlər