Həmin gün Hakan Fidan da Bakıda olub

Həmin gün Hakan Fidan da Bakıda olubTürkiyənin yeni xarici işlər naziri MİT rəhbəri kimi Azərbaycanda bir neçə dəfə səfərdə olub; Ermənistanın məğlubiyyətini rəsmiləşdirən 2020-ci ilin 10 noyabrında…
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni nazirlər kabinetində dünyanın da ən çox diqqətini çəkən şəxs xarici işlər naziri təyin edilən Hakan Fidandır.
Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan Milli İstihbarat Təşkilatının rəhbəri kimi ilk dəfə Bakıda 2011-ci ilin fevralın 7-də olub. Bu vaxtda artıq o, 11 ay idi ki, Milli İstihbarat Təşkilatına rəhbərlik edirdi. İlk səfəri zamanı onu Prezident İlham Əliyev qəbul etmişdi. Dövlət başçısı Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidanın yeni vəzifədə ölkəmizə ilk səfərindən məmnunluğunu ifadə etmişdi. Yada salaq ki, o zaman Türkiyə Prezidenti Abdullah Gül, Rəcəb Tayyib Ərdoğan isə baş nazir idi.
4 il sonra, 2015-ci ilin oktaybr ayının 8-də Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları rəhbərlərinin toplantısında Hakan Fidan da iştirak edirdi. Bu səfərindən Hakan Fidanın aralarında olduğu həmin heyəti Prezident İlham Əliyev də qəbul etmişdi. Məhz həmin vaxt konfrans iştirakçıları adından Hakan Fidan çıxış etmişdi.
Hakan Fidan 2017-ci ilin oktyabrında Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Bakıda keçirilən toplantısında Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Bakıya gəlmişdi.
Müharibədən bir neçə ay əvvəl 2020-ci ilin fevralında Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Bakıdakı iclasında yenə Hakan Fidanı görmək olardı.
2019-cu ilin sentyabr ayınında 5-də Bakı Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları rəhbərlərinin toplantısına yenə ev sahibliyi edirdi və Hakan Fidan da tədbirdə iştirak etmək üçün Azərbaycan paytaxtına gəlmişdi. Prezident İlham Əliyev onu qəbul etmişdi.
2020-ci ildə 44 günlük müharibədə Ermənistanın məğlubiyyətini rəsmiləşdirən 10 noyabr günü də Hakan Fidan Bakıda idi. O, Türkiyənin o zamankı xarici işlər naziri Mövlud Çavuşoğlu və sabiq milli müdafiə naziri Hulusi Akarla birgə gəlmişdi. Prezident İlham Əliyev hər üç naziri qəbul etdi və 44 günlük müharibədə Azərbaycana daima dəstək olan türkiyəli nazirlərə təşəkkür etdi: "Bütün bu günlər ərzində Türkiyənin vəzifəli şəxsləri, Məclis üzvləri, nazirlər, ictimai fəallar, mətbuat, geniş ictimaiyyət, bizim bütün qardaşlarımız bizə çox böyük dəstək oldular. Bu, bizə əlavə güc verdi, ruh yüksəkliyimizi daha da artırdı. Biz bu gün, əlbəttə, çox xoşbəxtik ki, nəhayət 30 ildən sonra öz dədə-baba torpaqlarımızı işğaldan azad etdik".

2020-ci ilin dekabr ayının 10-da Bakıda Zəfər günü münasibətilə keçirilən hərbi paradda Türkiyə Prezidenti Ərdoğanı müşahidə edən heyət arasında Hakan Fidan da vardı.
Yada salaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Hakan Fidanla telefonla danışıb. Ceyhun Bayramov Hakan Fidanın qardaş Türkiyənin xarici işlər naziri təyin olunması münasibətilə təbriklərini çatdırıb və ona uğurlar arzulayıb.
Nazir Hakan Fidan ölkəmizə səfərə dəvət olunub.
Hakan Fidan təbriklərə və xoş sözlərə görə nazirə təşəkkür edib və ölkəmizə səfər dəvətini məmnuniyyətlə qəbul edib.
Musavat.com / konkret.az

Siyasi       Tarix: 06 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v


azerbaycan xeberleri yeni xeberler son xeberler qurban bayrami 2026 son xeberler bugun sonxabar az maşın realiti şou