"Həmin müqavilə 2 milyon yox, 22 mindir" - Milli Məclisdən açıqlama
Son günlər bir sıra xəbər saytlarında Azərbaycan Respublikası Milli Məclisi ilə "İmprotex Motors" MMC arasında Milli Məclisin nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsinə dair bağlanmış müqavilə barədə məlumatlar yayılıb. Həmin xəbərlərdə müqavilənin maliyyə dəyərinin 2 milyon 282 min 605 manat olduğu iddia edilir.
azxeber.com xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
"Bununla bağlı bildiririk ki, yayılan məlumat həqiqəti əks etdirmir. Bildiririk ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, "İmprotex Motors" MMC Milli Məclisin rəsmi zəmanətdə olan nəqliyyat vasitələrinə yağ və sürtkü materiallarının dəyişdirilməsi, ehtiyat hissələrinin təmin olunması, eləcə də müvafiq servis xidmətlərinin göstərilməsini həyata keçirəcək. Müqavilənin ümumi məbləği isə 22 min 826 manat təşkil edir", – məlumatda bildirilib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma