Hər bir Azərbaycan vətəndaşı dövlət maraqlarını hər şeydən üstün tutmalıdır

İctimai və dövlət maraqları, onun qorunması və müdafiəsi hər bir dövlət üçün önəmli faktorlardan biridir. Cəmiyyətin sabitliyi, təhlükəsizliyi, dayanıqlı inkişafı, sülh və əmin-amanlıq bütün dövlətlərin başlıca məqsədidir. Ümumiyyətlə, ictimai və dövlət maraqlarının müdafiəsi tarixən mövcud olsa da, hazırda müasir dövrün ən mühüm şərtlərindən biri olaraq qalır. Burada ən böyük məsuliyyət də elə dövlətin vətəndaşlarının üzərinə düşür. Hər bir ölkə vətəndaşı öz dövlətinin maraqları mövqeyindən çıxış etməlidir. Dövlətin və yaşadığı cəmiyyətin, xalqın ictimai maraqlarına uyğun addım atmağı hər kəsi öz qarşısında bir borc kimi bilməlidir.
Biz cəmiyyət və dövlət məfhumlarına nəzər salsaq, deyə bilərik ki, onlar arasında hər zaman bir bağlılıq olmalıdır. Əgər bu bağlılıq qırılarsa, o zaman dövlətin də, cəmiyyətin də inkişaf etmiş gələcəyi sual altına düşür. Cəmiyyət hər zaman öz dövlətinin maraqlarına, dövlətin siyasətinə uyğun addım atmalı, dövlətin müsbət gələcəyinin təminatında öz üzərinə düşün məsuliyyətdən yayınmamalıdır.
Azərbaycanda ictimai və dövlət maraqlarının müdafiəsinə nəzər salsaq, ölkəmizdə xalq, cəmiyyət, vətəndaş tərəfindən bu maraqların müdafiəsinin yüksək olduğu aydın görünür. Azərbaycan müstəqillik qazandıqdan sonra hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda ciddi nailiyyətlər əldə etdi. Azərbaycan xalqı hər zaman öz dövlərinə inanıb və dövlətin maraqlarına etimad göstərib. Elə təkcə 44 günlük Vətən müharibəsi bütün dünyaya Azərbaycanda xalq və dövlət arasındakı yüksək inam və bağlılığı sübut etdi.
Uşağından tutmuş yaşlısına qədər hər bir vətəndaş öz dövlətinə, dövlətin siyasətinə güvəndiyini, dövlətin maraqlarına uyğun mövqedən çıxış etdiklərini göstərdilər. Azərbaycan xalqı bir daha dünyaya göstərdi ki, cəmiyyətlə dövlətin maraqları üst-üstə düşərsə, bu zaman həmin dövlət və xalq uğur qazanar, inkişaf edər.
Ölkə başçısı İlham Əliyev də hər zaman öz siyasətində milli maraqlarını hər zaman öndə vəzifə kimi tutur. Ölkə üçün ictimai və dövlət maraqlarının müdafiəsi hər şeydən üstündür. Elə Prezident İlham Əliyevin bir çıxışında da bunu öz sözləri ilə göstərmək olar: "Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik. Deyə bilərəm ki, buna müvəffəq olmuşuq".
Hər bir Azərbaycan vətəndaşı dövlət maraqlarını hər şeydən üstün tutmalıdırMilli Məclisin deputatı Aydın Hüseynov Azxeber.com-a açıqlamasında bildirib ki, dövlət maraqları bütün maraqlardan üstündür:
"Dövlət maraqları bütün maraqlardan üstündür. Dövlət və milli maraqlar dövlətin bütövlüyü deməkdir. Nə qədər ki, dövlət maraqları, milli maraqlar qorunursa, buna uyğun olaraq ictimai maraqlar da qorunacaq. Əgər dövlət güclü olursa, dövlət qüdrətli olursa, orada ictimai maraqların qorunması da öz əksini tapır. İctimaiyyətin özü də daim dövlət maraqlarının müdafiə olunmasına yönəlməlidir".
Deputatın sözlərinə görə, ictimai maraqların özündə də ictimaiyyəti düşündürən maraqlar dayanmalıdır:
"Bununla belə ictimai maraqlar da nəzərə alınmalıdır, ictimai rəy nəzərə alınmalıdır. Yəni ictimai maraqlar da öz əksini tapmalıdır. İctimai maraqlar bəzən hər hansı bir xırda istəklərə söykənməməlidir. İctimai maraqların özündə də ictimaiyyəti düşündürən, onları maraqlandıran maraqlar dayanmalıdır. İctimaiyyətin özündəki bu maraqların ifadə olunması, hesab edirəm ki, hər bir vətəndaşın vətəndaşlıq mövqeyi ilə də əlaqəli ola bilər".
Dövlətin davamlı inkişafını, onun dünya dövlətləri arasında yüksəlişini təmin etmək üçün hər kəs dövlət maraqlarının müdafiəsində öz üzərinə düşün məsuliyyəti anlamalıdır. Nəzərə alsaq ki, dövlət öz vətəndaşlarının sabit yaşamını təmin etmək üçün səy göstərir, hər bir vətəndaş da milli maraqları öncül vəzifə kimi tutmalıdır".
Aydın Nuri
Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə ""İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusu üzrə dərc olunub.
Hər bir Azərbaycan vətəndaşı dövlət maraqlarını hər şeydən üstün tutmalıdır

Siyasi       Tarix: 25 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər kriminal bugun cəbhədən ən son xəbər azerbaycanda son xeberler