Hər guşəsi zəngin Qarabağ – VİDEO

Hər guşəsi zəngin Qarabağ – VİDEO Hər guşəsi zəngin Qarabağ – VİDEO
Qarabağ bölgəsi özünün tarixi, maddi-mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə zəngindir. Dünyanın ən zəngin muzeylərində Qarabağ xalq sənətkarlığının timsalında Azərbaycanın bir çox nümunələri ilə rastlaşmaq olar. 
Baku TV Qarabağın hər cəhətdən zənginliyi ilə bağlı süjet hazırlayıb.
Şuşa şəhərinin Qarabağ xanlığının paytaxtı olması, mədəniyyət və incəsənət mərkəzi kimi inkişaf etməsi, Qarabağın İran, Türkiyə, Ərəbistan, Hindistan və Rusiya ilə karvan ticarət yollarının qovşağında yerləşməsi burada xalçaçılığın daim təkmilləşməsinə zəmin yaradıb. Şuşanın ən məşhur yerlərindən olan Cıdır düzündə dünyada ad qazanan qızılı rəngli, çapraq yerişi və alnında mil şəkilli qaşqası ilə fərqlənən Qarabağ atları yarışıb. 
Bu yarışlara baxmaq üçün dünyanın müxtəlif yerlərindən səyyahlar, tarixçilər, tacirlər, dövlət xadimləri Şuşaya gələrdilər. İşğaldan azad olunan Füzuli də gözəl və səfalı yerləri, bərəkətli torpağı ilə ad qazanıb. Qarabağın Ağ damı!.. El arasında "od dəyirmanı" kimi tanınan qədim malikanədə yaradılan Ağdam Çörək muzeyi SSRİ-də birinci, dünyada ikinci idi. Qarağacı qəbiristanlığı ağdamlılar üçün çox müqəddəs bir məkan idi. Ağdam bazarı qədimliyi, bolluğu, ən əsası, "Nə istəsən, bu bazarda taparsan" sözü ilə məşhur idi. İşğaldan azad olunan dünyaca məşhur Azıx mağarası isə Qarabağın Füzuli rayonunda yerləşir.
Ən səfalı və şəfalı yerlərdən olan Kəlbəcər minbir dərdin dərmanı olan İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə dünyada tanınıb. "İstisu" sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarında yerləşir. Əlbəttə, Kəlbəcərin qızıl yataqlarını da unutmaq olmaz. Kəlbəcər rayonunda yerləşən Söyüdlü yatağında 112,5 ton qızıl var. Rayondakı Ağduzdağ və Tuthun yataqlarının ehtiyatlarının ümumi həcmi isə 13,2 ton qızıldır.

/oxu.az

Sosial       Tarix: 19 noyabr 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat


yeni xeberler azerbaycan xeberleri son xeberler en yeni xeberler krimnal xeber bugünkü son xəbərlər siyaseti xeberler bugun