"Hər hansı bir müşahidəçinin Dağlıq Qarabağa yerləşdirilməsi Bakı ilə razılaşdırılmalıdır
"Hər hansı bir müşahidəçinin Dağlıq Qarabağa yerləşdirilməsi Bakı ilə razılaşdırılmalıdır"
Hər hansı bir müşahidəçinin Dağlıq Qarabağa yerləşdirilməsi Bakı ilə razılaşdırılmalıdır.
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov "RİA Novosti"yə müsahibəsində bu barədə bəyan edib.
"Nəzərə alınmalıdır ki, söhbət Azərbaycanın suveren ərazisindən gedir. Hər hansı bir qüvvənin, o cümlədən müşahidəçilərin yerləşdirilməsi Azərbaycan hökuməti ilə razılaşdırılmalıdır", - deyə Bayramov vurğulayıb.
Onun sözlərinə görə, atəşkəsə əməl olunmasına nəzarət mexanizmlərinin tətbiqi həll prosesi ilə sinxronlaşdırılmalıdır.
"Əks təqdirdə, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunlarının çıxarmaq niyyəti olmadan, müşahidəçilər sadəcə işğala əsaslanan vəziyyətin möhkəmlənməsinə xidmət edəcəklər. Atəşkəs üçün indi Ermənistanın öz öhdəliklərinə qəti niyyət etməsi, silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmağa başlaması lazımdır", - deyə o, bildirib. /oxu.az

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."