Hərbi təyyarə qəzaya uğradı: ölənlər var
Filippinin cənubunda 92 nəfərin olduğu hərbi təyyarə eniş zamanı qəzaya uğrayıb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Baş Qərargah rəisi Cirilito Sobejana məlumat verib.
O bildirib ki, hərbi təyyarə Sulu vilayətindəki Jolo adasına enməyə çalışarkən qəzaya uğrayıb.
İndiyə qədər 40 nəfərin xilas edildiyini ifadə edən C.Sobejana bölgədə axtarış-xilasetmə işlərinin aparıldığını qeyd edib.
Təyyarənin hərbi məktəbi yeni bitirənləri vəzifə yerinə aparmaq üçün yola çıxdığı məlum olub. İlkin məlumata görə, qəza nəticəsində 17 nəfər ölüb.