Hesablama Palatası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində nöqsanlar aşkarladı

Hesablama Palatası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində nöqsanlar aşkarladıHesablama Palatası ötən il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən dövlət vəsaitinin və əmlakının istifadə edilməsinin hüquqi aktlara uyğunluğunun auditini aparıb.
azxeber.com bu barədə Palataya istinadən xəbər verir.
Auditin nəticələrinə görə, dini və maarifləndirmə mövzusunda keçirilmiş tədbirlər zamanı günlərin və iştirakçı saylarının çox göstərilməsi hesabına artıq ödənilmiş Komitə üzrə 408395,77 manat, Fond üzrə 99338,9 manat, müqavilə üzrə yerinə yetirilməyən cari təmir işlərinə görə Komitə tərəfindən 26277,0 manat ödənilib.
Komitə tərəfindən "Dini maarifləndirmə tədbirləri ilə bağlı işlərin və xidmətlərin satınalınması" ilə bağlı müqavilə üzrə günlərin və iştirakçı saylarının çox göstərilməsi hesabına 69625,70 manat artıq vəsait ödənilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 2023-cü ildə 1874999,98 manat xərc artıq tanınıb, "Digər tərəflərə təqdim edilən avanslar və borc vəsaitləri" maddəsində 421969,0 manat, həmçinin "Pul vəsaitlərinin hərəkəti haqqında hesabat"ın "Torpaq, tikili və avadanlıqların, qeyri-maddi və digər uzunmüddətli aktivlərin əldə edilməsi məqsədilə pul vəsaitlərinin ödənişləri" maddəsində 2022-ci il üzrə 426493,49 manat, 2023-cü il üzrə 364119,0 manat məbləğlər artıq təqdim olunub.
Mənəvi Dəyərlərin Təbliği Fonduna 2022-ci ildə xərcə silinmiş 266.940,0 manat, 2023-cü ildə isə 209.804,0 manat dəyərində olan "Maarifləndirmə xarakterli filmlərin və sosial video çarxları"nın "Sair uzunmüddətli qeyri-maliyyə aktivləri" hesabında uçota alınması və illik maliyyə hesabatlarına müvafiq düzəlişlərin edilməsi barədə göstəriş verilib. Eyni zamanda, Fond tərəfindən inventarizasiya zamanı artıqgəlməsi müəyyən edilmiş dəyəri 13495,65 manat olan 10 adda ehtiyatın müvafiq hesablarda uçota alınması, əskikgəlməsi müəyyən edilmiş ilkin dəyəri 50152,50 manat olan 32 adda avadanlığın qalıq dəyərinin müəyyən edilərək və 59877,32 manat olan 42 adda ehtiyatın dəyərinin dövlət büdcəsinə bərpa edilməsi tapşırılıb.
Qeyd edilən bəzi qərarların icrası təmin edilib və bəzilərinin isə izlənməsi davam edir.

İqtisadiyyat       Tarix: 01 may 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Azercell-dən "MiFi" və "Wi-Fi" cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azercell "MiFi" və "Wi-Fi" cihazlarını əldə edən abunəçilər üçün xüsusi təklif təqdim edir. Kampaniya çərçivəsində bu cihazları alan abunəçilərə 60 GB internet paketi hədiyyə olunur. Eyni zamanda, müştərilər

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal xeberler xeberler bugun son xeberler 2026 kriminal xeber