Həştərxan vilayətinin qubernatoru Azərbaycanda səfərdə olub - FOTOLAR

Həştərxan vilayətinin qubernatoru Azərbaycanda səfərdə olub - FOTOLARRusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin və bölgənin motosiklet hərəkatının fəalları "Xəzər – Dostluq dənizi" devizi altında həyata keçirdikləri motoyürüş çərçivəsində Azərbaycana gəlmişlər. Aprelin 1-dən motoyürüşə başladıqlarını vurğulayan İ.Babuşkin bildirmişdir ki, onlar Xəzər dənizinin ətrafında dövr edərək 4 min kilometr məsafəni qət ediblər. Həştərxan vilayətindən start götürən motoyürüş çərçivəsində iştirakçılar Qazaxıstan, Türkmənistan və İrandan keçmişlər. Yürüşün 10 gün müddətində başa çatdırılacağını planlaşdırdıqlarını qeyd edən vilayətin qubernatoru bu layihənin məqsədinin Xəzəryanı ölkələrlə mehriban qonşuluq münasibətlərini möhkəmləndirmək, mototurizmi inkişaf etdirmək olduğunu qeyd etmişdir. 
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Həştərxan vilayətinin qubernatoru tərəfindən imzalanmış Tədbirlər Planına uyğun olaraq aprelin 9-da Bakıda yerləşən Həştərxan İş Mərkəzində Rusiya və Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının görüşü keçirilmişdir. Tədbirdə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin, Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və gənclər təşkilatlarının fəal üzvləri iştirak etmişdir. 
İ.Hacıyeva çıxış edərək bildirmişdir ki, iki ölkə arasında hümanitar sahədə olan əlaqələrin daha da inkişaf etdirilməsi üçün gənclər böyük töhvələr verir. Son illər 3 dəfə Azərbaycan gənclərinin Rusiyalı həmkarları ilə təcrübə mübadiləsi apardıqlarını vurğulayan nazir müavini qarşılıqlı tədbirlərin təkcə paytaxt və böyük şəhərlərdə deyil, eyni zamanda regionlarda da baş tutmasının müsbət hal olduğunu vurğulamışdır. Ölkəmizdə növbəti gənclər forumunun keçiriləcəyini xatırladan nazir müavini bu tədbirdə Həştərxanda fəaliyyət göstərən gənclər təşkilatlarının da nümayəndələrinin iştirakının arzulanan olduğunu qeyd etmişdir. 
Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin da öz çıxışında Azərbaycanın hərtərəfli inkişafından, ölkəmizin əsrarəngiz gözəlliyindən danışaraq "Xəzər – Dostluq dənizi" devizi altında reallaşan motoyürüş və onun  məqsədləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Gənclər təşkilatlarının əlaqələrinin genişləndirilməsinin yeni dialoq imkanları yaratdığını vurğulayan qubernator Azərbaycan gənclərini Həştərxana dəvət etmişdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Tədbirlər Planının daha geniş və məzmunlu həyata keçirilməsi məqsədilə Təşkilat Komitəsinin yaradıldığını vurğulayan İ.Babuşkin artıq bu istiqamətdə tədbirlərin keçirildiyini bildirərək, ilin sonuna qədər onların davamlı olacağını qeyd etmişdir. 
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirmişdir ki, müstəqil Azərbaycanın gənclər siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Qeyd edilmişdir ki, Ulu Öndərin təşəbbüsü ilə 1990-ci illərdə cəmiyyətin inkişafında gənclərin rolunun artırılması istiqamətində addımlar atılmış, ölkənin gələcək inkişafında paytaxtda və regionlarda yaşayan gənclərin iştirakının və məsuliyyətinin artırılması, fikir mübadiləsi üçün şəraitin qurulması həyata keçirilmişdir. Azərbaycan-Rusiya əlqələrinin daha da inkişaf etdirtilməsində gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayan A.Fərzəliyev bu istiqamətdə həyata keçirilən layihələrin uğurlu olacağına əminliyini ifadə etmişdir.
Daha sonra Azərbaycan və Rusiyanı təmsil edən gənclər təşkilatları təqdimatlarla çıxış etmiş, hər iki ölkənin turizim, sahibkarlıq və digər əməkldaşlıq sahələri üzrə mövcud potensialı nümayiş olunmuş, o cümlədən həyata keçirilən beynəlxalq layihələr barəsində ətraflı məlumat verilmişdir. 
Tədbirdən sonra gənclər Heydər Əliyev Mərkəzində olmuş, onlara Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti barəsində ətraflı məlumat verilmişdir. Daha sonra Bakının tarixi məkanlarına və Dənizkənarı Milli Park ərazisinə ekskursiyaya çıxmış, Bakı Gənclər Mərkəzinə baş çəkmiş və ASAN Xidmət Mərkəzlərinin iş prinsipləri ilə tanış olmuşlar.
Aprelin 10-da qonaqlar Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad etmiş, məzarı önünə tər güllər düzmüşlər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə tər çiçəklər qoyulmuşdur. Dünya şöhrətli müğənni, xalq artisti Müslüm Maqomayevin də xatirəsi anılaraq abidəsi önünə çiçəklər düzülmüşdür. Daha sonra iştirakçılar İkinci Dünya Müharibəsində həlak olanların xatirəsinə ucaldılan "Qardaşlıq məzarlığlı" əbədi xatirə kompleksini ziyarət etmiş və xatirələrini ehtiramla yad etmişlər.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 10-da Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə görüşüb. Görüşdə Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında səmərəli əməkdaşlıq müsbət qiymətləndirilib, Azərbaycan-Rusiya əlaqələrinin inkişafında bu qarşılıqlı fəaliyyətin rolu qeyd edilib. Həştərxanda Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar bir sıra tədbirlərin keçiriləcəyindən məmnunluq ifadə olunub. Görüşdə Azərbaycan və Həştərxan vilayəti arasında ticari-iqtisadi, nəqliyyat, tranzit sahələrində, sənaye kooperasiyası, o cümlədən maşınqayırma sahəsində, eləcə də limanlararası əlaqələr və humanitar qarşılıqlı fəaliyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Həştərxan vilayətinin qubernatoru Azərbaycanda səfərdə olub - FOTOLARHəştərxan vilayətinin qubernatoru Azərbaycanda səfərdə olub - FOTOLARHəştərxan vilayətinin qubernatoru Azərbaycanda səfərdə olub - FOTOLARHəştərxan vilayətinin qubernatoru Azərbaycanda səfərdə olub - FOTOLARHəştərxan vilayətinin qubernatoru Azərbaycanda səfərdə olub - FOTOLARHəştərxan vilayətinin qubernatoru Azərbaycanda səfərdə olub - FOTOLARHəştərxan vilayətinin qubernatoru Azərbaycanda səfərdə olub - FOTOLARHəştərxan vilayətinin qubernatoru Azərbaycanda səfərdə olub - FOTOLARHəştərxan vilayətinin qubernatoru Azərbaycanda səfərdə olub - FOTOLARHəştərxan vilayətinin qubernatoru Azərbaycanda səfərdə olub - FOTOLARHəştərxan vilayətinin qubernatoru Azərbaycanda səfərdə olub - FOTOLARHəştərxan vilayətinin qubernatoru Azərbaycanda səfərdə olub - FOTOLARHəştərxan vilayətinin qubernatoru Azərbaycanda səfərdə olub - FOTOLARHəştərxan vilayətinin qubernatoru Azərbaycanda səfərdə olub - FOTOLAR/ azxeber.com

Siyasi       Tarix: 10 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Şimali Kipr Türk Respublikasından Azərbaycana təbrik

Şimali Kipr Türk Respublikası (ŞKTR) Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi öz "X" hesabındakı paylaşımda bildirib

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən xəbər sou xeberler cəbhədən son xeber son xeberler bugun 2026 azerbaycan