Həyat yoldaşı Samir Piriyevdən boşanır: "Onun kimi əxlaqsız biri mənim ailəmin dağılmasına..."
Son günlər müğənni Samir Piriyevin ailəsində baş verənlər gündəmdən düşmür. Özünü onun sevgilisi kimi təqdim edən qadın evinə hücum edərək ifaçının xanımı Anaraya xəsarət yetirib.
Open.az xəbər verir ki, Anara Piriyeva məsələ ilə bağlı Axşam.az-a açıqlama verib. O bildirib ki, boşanmalarına səbəb həmin qadın deyil:
"Onun kimi əxlaqsız biri mənim ailəmin dağılmasına səbəb ola bilməz. Ümumiyyətlə, elə məxluqların heç birinin ailəni dağıtmağa gücü çatmaz. Övladlarımın bir damla göz yaşına belə layiq olmayan məxluqdur o.
10 ildir baş verən hər şey üst-üstə yığıldı. Mənim boşanmağımın tək səbəbkarı Samirdir. Qürurum, onun nankorluğu məni bu səviyyəyə gətirib çatdırdı.
Bu məsələ haqqında çox danışmayacam. Bunu ictimailəşdirməkdə tək məqsədim həmin qadının cəza almasıdır. Hadisə uzun müddətdir baş verib, polisə şikayət etmişəm. Amma hələ də onun cəzalandırılmasına imkan verilmir. Məqsədim həmin insanın cəzasını almasıdır".
Qeyd edək ki, Samir və Anara cütlüyünün iki övladı var.
Xatırladaq ki, hadisə iyunun 8-də, saat 12 radələrində baş verib. 27 yaşlı Aynur adlı qadın müğənninin evinə gəlib. O, Samir Piriyevin həyat yoldaşı Anara Piriyevaya hücum edib.


Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq