Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında vacib rol oynayıb

Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında vacib rol oynayıbAzərbaycanın paytaxtı olan Bakı şəhəri qədim şəhər olduğundan burada müxtəlif dövrlərə aid çoxlu sayda tarixi və memarlıq abidələri vardır. Qədim "İçəri Şəhər", Şirvanşahlar Sarayı, Qız Qalası, Qobustan qayalıqları və bu kimi tarixi yerlərimiz, mədəniyyət  abidələrimiz, memarlıq incilərimiz Azərbaycana gələn qonaqları heyrətə gətirir. 
Buraya gələn xarici qonaqlar eyni zamanda, hər gəlişində Bakının daha da gözəlləşdiyinin, inkişaf etdiyinin, müasirləşdiyinin  şahidi olurlar.
Lakin Azərbaycanın başı əsrlərdən bəri bəlalar çəkib. Torpaqları parçalanıb, bölünüb. 
Öz ərazisində müvəqqəti sığınacaq verdiyi ermənilər isə zaman-zaman yerlərini daha da genişləndirməyə çalışaraq yerli azərbaycanlı əhalisini sıxışdırıb çıxartmış, qədim tarixi, mədəni və dini abidələrimizi uçurub dağıtmışlar. 90-cı ilin əvvəllərində isə daha böyük ərazilərimizi zəbt etmiş bir milyondan artıq yerli əhalini öz doğma yerlərindən didərgin salmışlar. 
1990-ci illərdə Azərbaycanda xaos vəziyyət yaranmışdı. Daxildə vətəndaş müharibəsi qaçılmaz idi. Müstəqilliyimizi itirmək üzrə idik. Bu vaxt XX əsrin görkəmli siyasi və dövlət xadimi kimi bütün dünyada yaxşı tanınan və qəbul edilən Heydər Əliyev xalqın təkidi və xahişi ilə yenidən rəhbərliyə dəvət olundu. Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi və müstəqilliyimiz xilas edildi. Beləliklə Azərbaycanda yeni tarixi mərhələ-dövlət müstəqilliyinin möhkəmləndirilməsi dövrü başladı. Ümummilli Liderimiz Heydər Əliyevin müdrik, uzaqgörən daxili və xarici siyasəti nəticəsində hüquqi demokratik dövlət quruculuğu, milli Ordunun formalaşdırılması beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəldilməsi sahəsində böyük işlər görüldü. Dahi rəhbərin yenidən hakimiyyətə gəlişi dünyada ermənilərin və onların havadarlarının Azərbaycan haqqında yaratmış olduğu qeyri obyektiv münasibəti tamamilə dəyişdi. 
Ümummilli Lider həm də Azərbaycan tarixində ən görkəmli dövlət xadimi kimi əbədi bir milli sərvət – Heydər Əliyev dövlətçilik məktəbini yaratdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Heydər Əliyev Azərbaycan dövlətçiliyini quran, ölkəni inkişaf yoluna yönləndirən, vətəndaş müharibəsinin qarşısını alan, 1990-cı illlərin əvvəllərində hökm sürən xaos vəziyyətə son qoyan şəxs idi. O, həmçinin bu gün də rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini müəyyən etdi. 
Əlbəttə, 30 il ərzində dünya dəyişib, lakin bizim başlıca məqsədlərimiz dəyişməz olaraq qalıb-dövlətçiliyimizin möhkəmləndirilməsi, qabaqlayıcı tədbirlər görməklə milli maraqlarımıza əsaslanan fəal xarici siyasətin yürüdülməsi və Azərbaycanın iqtisadi, siyasi inkişafı. Burada olduqca fəal regional siyasətin həyata keçirilməsini də əlavə etmək olar. Əlbəttə müstəqilliyimizin ilk günlərindən əsas məqsədlərdən biri ölkəmizin ərazi bütövlüyünün bərpası idi. Buna da iki ildən bir az artıq əvvəl nail olunub".
Dahi rəhbər Heydər Əliyevin hakimiyyətə qayıtması xarici siyasətin düzgün aparılmasında və həyata keçirilməsində bir dönüş yaratdı. Heydər Əliyevin xarici siyasətində Azərbaycan elmini, mədəniyyətini, tarixini dünya dövlətlərinə tanıtmaq, xarici dövlətlərlə bərabərhüquqlu, Azərbaycanın  mənafeyinə xidmət edən əlaqələr yaratmaq və Qarabağ probleminin həlli mühüm yer tuturdu. Heydər Əliyev əvvəlcə xarici dövlətlərlə Azərbaycan arasında iqtisadi, siyasi cəhətdən sıx əməkdaşlıq yaratdı ki, bu da gənc, müstəqil Azərbaycanın xarici siyasətində mühüm addım idi. 
Bir sıra digər xarici ölkələrlə olduğu kimi Azərbaycan-Çin əlaqələri də yüksələn xətt üzrə gedib.1994-cü ildə Ümummilli Lider Heydər Əliyev Çin Respublikasına səfərindən sonra qeyd edib ki, Çin ilə Azərbaycan Respublikası arasında heç vaxt bu səviyyədə əlaqələr olmamışdır. Doğrudur, tarixən müəyyən əlaqələr, "Böyük ipək yolu" və s. Olduğunu xatırlayırıq, indi isə dövlətlərarası sıx münasibətlərin yaranması böyük siyasi hadisədir. İlk növbədə Azərbaycan Respublikası üçün böyük hadisədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı. O vaxtlar dünyada Azərbaycan o qədər də tanınmırdı. Bunun təməli məhz o vaxt qoyulub və bu gün mən olduqca şadam ki, ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir və daha çox sahələri əhatə edir. 
Əslində, Çin onun üçün tanımadığı ölkə deyildi. O, müxtəlif dövrlərdə Çinin inkişafı ilə bağlı yaxşı məlumatlı idi. Müstəqil Azərbaycanın Prezidenti seçiləndən sonra isə onun əsas xarici siyasət prioritetlərindən biri də Çinlə ikitərəfli münasibətlər qurmaq idi".
Bu gün Heydər Əliyevin siyasi kursunu onun layiqli davamçısı İlham Əliyev davam etdirir. Çin dövləti ilə münasibətlər, siyasi, iqtisadi əlaqələr daha geniş inkişaf edir. 
Azərbaycan həmişə sülhün tərəfdarı olub. Prioritet məsələ indi Ermənistanla sülh müqaviləsinin bağlanmasıdır. Bu gün Ermənistan-Azərbaycan arasında atəşkəs mövcuddur. Lakin vəziyyət hələ də mürəkkəb olaraq qalır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü  86.6 min kvadratkilometr ərazidə tanıdı. Bu əraziyə Qarabağ və Ermənistan ərazisində olan səkkiz Azərbaycan anklavı da daxildir. Bu, əslində mühüm bəyanatdır. Bundan sonra qalan yeganə məsələ, bunu kağız üzərinə köçürmək və imzalamaqdır. 
Qarabağ müharibəsi bitdikdən sonra, sülh müqaviləsi ilə bağlı mövqeyimiz həmin müqavilənin beynəlxalq hüququn norma və prinsiplərinə  əsaslanmasından ibarətdir. Fikir aydınlığının yeganə əsas müddəası onunla bağlı idi ki, Ermənistan Qarabağı rəsmən Azərbaycanın hissəsi kimi tanısın. Onlar qeyd etməlidirlər ki, Qarabağ Azərbaycandır və imzalamalıdırlar."
Şəhla Ağbulud 
"Abşeron" qəzetinin baş redaktoru / azxeber.com

Siyasi       Tarix: 28 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xəbərlər bugün valyuta mezennesi 2026 xəbər az enson xeberler