Heydər Əliyev Beynəlxalq Aeroportu payız mövsümünün ən populyar beş istiqamətini təqdim edir - FOTO
Heydər Əliyev Beynəlxalq Aeroportu payız mövsümünün ən populyar beş istiqamətini təqdim edir - FOTO
Bakı hava limanı payız səyahətləri üçün geniş istiqamətlər seçimi təklif edir.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidmətinin məlumatında deyilir.
Qeyd olunur ki, ümumilikdə 66 istiqamət üzrə 33 ölkəyə səyahət etmək mümkündür. Sərnişinlərə tələbatlarına uyğun müxtəlif aviaşirkətlərdən ibarət variantlar və uçuş cədvəlləri təqdim olunur.
"Bakıdan ən populyar istiqamət şərq və qərb mədəniyyətlərinin qovuşduğu İstanbuldur. 2023-cü ilin doqquz ayı ərzində Bakı-İstanbul-Bakı marşrutu üzrə 745 mindən çox sərnişin daşınıb. Bu gözəl şəhərin hər iki hava limanına uçan aviaşirkətlər sırasına "Azərbaycan Hava Yolları" (AZAL), "Turkish Airlines", "AnadoluJet" və "Pegasus" daxildir.
İkinci ən məşhur istiqamət 510 minə yaxın sərnişinin daşındığı Rusiyanın paytaxtıdır. Bakıdan Moskvanın Domodedovo, Vnukovo və Şeremetyevo hava limanlarına uçuşlar AZAL, "Aeroflot", "Utair" və "IrAero" tərəfindən həyata keçirilir", - məlumatda bildirilir.
Həmçinin qeyd edilir ki, Birləşmiş Ərəb Əmirlikləri payız üçün ən maraqlı və cəlbedici səyahət məkanlarından biridir:
"Dubaya sərnişinlər həm AZAL, həm də "flydubai" aviaşirkətləri vasitəsilə səyahət edə bilərlər. Bu ilin doqquz ayı ərzində bu istiqamətdə 224 mindən çox sərnişin daşınıb. Bundan başqa, əksər sərnişinlər Bakı-Əbu-Dabi-Bakı marşrutu ilə səyahətə üstünlük verirlər. Bu istiqamətdə uçuşlar "Air Arabia Abu-Dhabi" və "Wizz Air Abu-Dhabi" aviadaşıyıcıları ilə yerinə yetirilir".
"Heydər Əliyev Beynəlxalq Aeroportundan Gürcüstanın paytaxtı Tbilisiyə və əks istiqamətdə müntəzəm reyslər AZAL və "Georgian Wings" tərəfindən həyata keçirilir. Azərbaycanın milli aviadaşıyıcısı Bakı-Tbilisi-Bakı marşrutu üzrə hər gün iki dəfə olmaqla reyslər yerinə yetirir. Gürcüstanın "Georgian Wings" aviaşirkəti isə müntəzəm uçuşların sayını həftədə beş dəfəyədək artırmaqla hər bazar ertəsi, çərşənbə, cümə, şənbə və bazar günləri uçuşlar həyata keçirir.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportuna 39 xarici aviaşirkət uçuş yerinə yetirir, onlardan 17-si aşağıbüdcəli aviadaşıyıcılardır", - məlumatda bildirilir.
/ oxu.az

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi