Heydər Əliyev Fondu və "Bravo" Xocavənddə olub - FOTO/VİDEO

Heydər Əliyev Fondu və "Bravo" Xocavənddə olub - FOTO/VİDEOHeydər Əliyev Fondu və "Bravo" Xocavənddə olub - FOTO/VİDEO
Heydər Əliyev Fondu və "Bravo" supermarketlər şəbəkəsi işğaldan azad olunmuş ərazilərimizdə xidmət edən hərbi qulluqçularımız üçün həyata keçirdikləri dəstək aksiyasını davam etdirirlər. Aksiya Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşır.
AZƏRTAC xəbər verir ki, işğaldan azad olunan ərazilərdə Vətənin keşiyini çəkən hərbi qulluqçularımıza dəstək aksiyasının növbəti ünvanı Xocavənd olub.
Dekabrın 25-də səfər etdiyimiz bu ərazilərdə uzun illərdən sonra Azərbaycan əsgəri xidmət aparır. Qalib ordunun qəhrəman əsgərləri indi fəxrlə Vətənin keşiyində dayanıblar. Hərbçilərlə söhbət zamanı bir daha şahid olduq ki, Azərbaycan əsgəri şanlı tarix yazaraq işğaldan azad etdiyi Vətən torpaqlarında xidmətini qələbə əhval-ruhiyyəsi ilə yerinə yetirir. Qoşunlarımızın təminatının yüksək səviyyədə olması ilk baxışdan hiss edilirdi. Əsgərlər də bunu təsdiqlədilər.
Həmsöhbət olduğumuz əsgər Hənifəyev 15 aydır Vətənin keşiyindədir. Deyir ki, bu torpaqlarda xidmət etməkdən qürur duyur: "Qalib ordunun qalib əsgəri kimi xidmət edirəm. 44 günlük döyüş yolu mənə sözlə ifadə edə bilməyəcəm bir duyğu bəxş edib".
Əsgər Sadıqzadə də 15 aydır həqiqi hərbi xidmətdədir və daim torpaqlarımızı yağı düşməndən azad etmək eşqi ilə yaşayıb. Onun bu arzusu reallığa çevrilib. İndi o da digər qalib döyüşçülərimiz kimi fəxrlə xidmətini davam etdirir.
Digər əsgər Ağazadə isə Vətən müharibəsinə könüllü gəlib. Deyir ki, bu döyüşlərdə iştirak etdiyi üçün özünü xoşbəxt sanır. "Çünki 30 illik həsrətə son qoyan şanlı ordunun sıralarındayam. Döyüş zamanı da hər birimizin əhval-ruhiyəsi yüksək olub, bu gün də eyni qaydada xidmətimizi davam etdiririk", - deyə Ağazadə söyləyir.
Müddətdən artıq xidmətçi Quliyev də xidmətini şərəflə davam etdirir: "Mən bir ildir xidmətdəyəm. Mülki həyatda da bu arzu ilə yaşayırdım ki, torpaqlarımızı tezliklə düşmənlərdən azad edək. Bu günü yaşadım, 44 gün döyüşlərdə iştirak etdim. Şanlı ordunun sırasında olmaq mənim üçün ən böyük şərəfdir".
Leytenant Şahverdiyev isə söyləyir ki, əsgərdən zabitədək hər kəs yüksək əhval-ruhiyədədir. "Çünki bu döyüş Vətən müharibəsi idi. Vətən uğrunda da təkcə hərbçilər yox, xalqımız döyüşdü. Ordu-xalq birliyi sayəsində düşmənə qısa müddətdə sarsıdıcı zərbələr vurulurdu. Bu gün də şəxsi heyət yüksək əhval-ruhiyə ilə xidmətini davam etdirir".
Görüş zamanı "Bravo" supermarketlər şəbəkəsinin nümayəndələri gətirdikləri bağlamaları hərbi qulluqçularımıza çatdırdı, həmçinin əsgərlərimizlə söhbət edərək onların istəklərini qeydə aldılar.
Beləliklə, hərbi qulluqçularımız üçün həyata keçirilən dəstək aksiyası daha bir ünvanda da reallaşdı.

Heydər Əliyev Fondu və "Bravo" Xocavənddə olub - FOTO/VİDEOHeydər Əliyev Fondu və "Bravo" Xocavənddə olub - FOTO/VİDEOHeydər Əliyev Fondu və "Bravo" Xocavənddə olub - FOTO/VİDEOHeydər Əliyev Fondu və "Bravo" Xocavənddə olub - FOTO/VİDEOHeydər Əliyev Fondu və "Bravo" Xocavənddə olub - FOTO/VİDEOHeydər Əliyev Fondu və "Bravo" Xocavənddə olub - FOTO/VİDEOHeydər Əliyev Fondu və "Bravo" Xocavənddə olub - FOTO/VİDEOHeydər Əliyev Fondu və "Bravo" Xocavənddə olub - FOTO/VİDEOHeydər Əliyev Fondu və "Bravo" Xocavənddə olub - FOTO/VİDEOHeydər Əliyev Fondu və "Bravo" Xocavənddə olub - FOTO/VİDEOHeydər Əliyev Fondu və "Bravo" Xocavənddə olub - FOTO/VİDEOHeydər Əliyev Fondu və "Bravo" Xocavənddə olub - FOTO/VİDEO

Sosial       Tarix: 25 dekabr 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun 2026 canli sosial yardim cəbhədən son durum valyuta mezenesi