"Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda elmi-praktiki konfrans keçirildi - FOTO

8 Aprel 2022-ci il tarixində Binəqədi rayonu 276 nömrəli tam orta məktəbdə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının  99-cu ildönümünə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda elmi-praktiki konfransın rayon turu tədbiri keçirilmişdir.
Tədbir dövlət müstəqilliyimiz, torpaqlarımızın azadlığı uğrunda  canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Dövlət himninin səslənməsindən sonra açıq elan olundu.
Tədbiri açıq elan edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Amal Əsgərov rayon ərazisindəki 32 tam orta ümumtəhsil məktəbi tərəfindən 5 mövzuda 103 yazı işinin müsabiqəyə təqdim olunması, yekun mərhələyə 8 yazı işinin seçilməsi və müsabiqənin şərtləri haqqında auditoriyaya məlumat verdi.
Çıxış edən 276 nömrəli tam orta məktəbin  direktoru Bəhram Şiriyev qonaqları salamladı və konfransın işinə uğurlar arzu etdi.
Tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov müsabiqənin bundan sonrakı mərhələləri, qiymətləndirmə meyarları və layihə haqqında ətraflı məlumat verdi. Müsabiqənin gənc nəslin vətənpərvər ruhda böyüməsində böyük rolu olmasını vurğulayaraq, məktəblilərə uğurlar arzu etdi. Bildirdi ki, Bakı Şəhər İcra Hakimiyyəti bundan sonra da şagirdlər və gənclər arasında vətənpərvərliyin, doğma yurda sevginin, dövlətə sədaqətin təbliği istiqamətində olan layihələrin keçirilməsinə davam edəcək.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov ulu  öndər Heydər Əliyevin dövlət quruculuğu və siyasi fəaliyyəti barədə ətraflı məlumat verərək keçdiyi şərəfli və mənalı həyat yolundan, ölkəmizə rəhbərlik etdiyi dövrdə gördüyü işlərin əhəmiyyətindən danışdı. Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının qurucusu, müdrik dövlət xadimi Heydər Əliyevi hər zaman böyük ehtiramla yad edir, onun əziz xatirəsini daim uca tutur. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilib, Azərbaycan əbədi müstəqilliyə qovuşmuşdur.
Vətən Müharibəsi iştirakçısı Əziz Əzizov keçdiyi döyüş yolundan və şahidi olduğu qəhrəmanlıqlar haqqında danışdı. 
Sonda çıxış  edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova bildirdi ki, müsabiqənin keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin nümayəndələrinə doğma vətənə sevgi, milli həmrəylik və qəhrəmanlıq hisslərin aşılanması, onlarda  vətənpərvərlik ruhunun yüksəlməsi, Azərbaycanın tarixi qələbəsinin təbliğ edilməsi,  istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılmasıdır. Bu günümüzə nəzər saldıqda bir daha əmin oluruq ki, Heydər Əliyev dühasının xalqımızın qarşısındakı xidmətləri, vətənimiz yolunda etdiyi fədakarlıqlar, atdığı addımlar hər bir vətəndaşımızın qəlbində daim yaşayacaqdır. Çıxışının sonunda Sevinc Süleymanova məktəblilər arasında Ulu Öndər irsinin və Azərbaycan tarixinin təbliği və istedadlı gənclərin öz yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmələri üçün edilən təşəbbüsə görə Bakı Şəhər İcra Hakimiyyətinə təşəkkürünü bildirdi və növbəti mərhələdə şagirdlərə müvəffəqiyyətlər arzu etdi.
Daha sonra 2-ci mərhələyə vəsiqə qazanan şagirdlər- Q.Abbasov adına 284 saylı tam orta məktəbin VIII sinif şagirdi Sevinc Vüqar qızı Məmmədova (mövzu: "Atropatena dövləti-Atropat"), İ.Məmmədov adına 298 saylı tam orta məktəbin X sinif şagirdi Rauf  Ramin oğlu Cəbrayılov (mövzu: Qarabağ xanlığı),  182 saylı tam orta məktəbin IX sinif şagirdi Pərvin Vüqar oğlu Mirzəzadə (mövzu: Azərbaycan mədəniyyəti XIX əsrin II yarısı XX əsrin əvvəllərində), 276 saylı tam orta məktəbin IX sinif şagirdi Maral Raqif qızı Əlizadə (mövzu: Heydər Əliyev və Azərbaycan tarixi), H. Hüseynov adına 83 saylı məktəb-liseyin IX sinif şagirdi Bahar Şahin qızı Abbasova (mövzu: 27 Sentyabr-"Anım günü"- Qəhrəmanlar unudulmur), R.Əliyev adına 3 saylı tam orta məktəbin IX sinif şagirdi Leyla Fikrət qızı Məlikova (mövzu: 27 Sentyabr-"Anım günü"- Qəhrəmanlar unudulmur), 313 saylı tam orta məktəbin X sinif şagirdi Zəhra Naib qızı Abdurahmanlı (mövzu: Qarabağ zəfəri və onun tarixi əhəmiyyəti), Vətən Müharibəsi Qəhrəmanı şəhid Pokovnik–leytenant Anar Şükürovun oğlu Ümid Anar oğlu Şükürlü, (mövzu: 27 Sentyabr-"Anım günü"- Qəhrəmanlar unudulmur.) təqdimatları ilə çıxış etdilər. Müsabiqədə fərqlənən iştirakçılar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri fərman və hədiyyələrlə mükafatlandırıldılar.

Sosial       Tarix: 08 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla


son xeberler yeni xeberler azerbaycan xeberleri enson xeberler xabar az cəbhədən son durum dunyada son xeberler