Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi, biz onun bu arzusunu reallaşdırdıq

Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi, biz onun bu arzusunu reallaşdırdıqMayın 3-də Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda beynəlxalq konfransda möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin çıxışı zamanı söylədiyi fikirlər həm ölkə daxilində, həm də xaricdə diqqət mərkəzindədir. Əlbəttə ki, söylənilən fikirlər, əslində, dövlətimiz üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, regional və qlobal baxımdan da müstəsna əhəmiyyət daşıyan, hər kəsin diqqətlə izlədiyi məsələlərlə bağlı idi. Xüsusi qeyd etmək lazımdır ki, dövlət başçısı dərin biliyə malik siyasi xadim kimi dünya miqyasında böyük hörmət və nüfuz qazanıb.
Ölkə başçısı bildirdi ki, Şuşanın Azərbaycanın tarixində xüsusi yeri var. İndi Şuşa sıfırdan yenidən qurulur və bu il Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar olaraq "Heydər Əliyev İli" elan edilib. İl ərzində müstəqil Azərbaycanın qurucusunun xatirəsinə ehtiram əlaməti olaraq və eyni zamanda, daxili siyasətimizin vacib məsələlərinə, regional inkişaf proseslərinə və beynəlxalq məsələlərə toxunaraq Azərbaycanda və xaricdə çoxsaylı tədbirlər, konfranslar təşkil olunur.
Cənab Prezidentin çıxışında Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayan bir sıra məsələlərə, o cümlədən TAP genişləndirilməsi, "Şahdəniz" yatağının yeni fazasından əlavə qaz hasil edilməsi, Ələt Azad Ticarət Zonasının gələcək fəaliyyəti ilə bağlı böyük gözləntilərin olması kimi aktual mövzulara da münasibət bildirib. Nitqində TAP-ın səhmlərinin 20 faizinin Azərbaycana məxsus olduğunu, bir şirkətdən başqa digərlərinin də payının 20 faiz təşkil etdiyini diqqətə çatdıran dövlətimizin başçısı vurğulayıb: "TAP-ın genişləndirilməsinə dair birgə qərar verilməlidir. TAP genişləndirilməsə, qaz olmayacaq. Bu gün TAP maksimum həddə çalışır. TANAP-ı genişləndirmək daha asandır, çünki o layihədə Azərbaycan, Türkiyə və BP var. TAP-da isə daha çətindir. Trans-Balkan boru kəmərinə çıxışımız olmalıdır ki, bizim qazı gözləyən ölkələri təchiz edə bilək. Avropada interkonnektorlar vaxtında tikilsə, biz bu ilin sonunda Macarıstanı və Serbiyanı qazla təmin edə bilərik". Azərbaycanda getdikcə yaxşılaşan biznes mühitinin olması, vergi və gömrük sahələrində böyük islahatların aparılması və ümumilikdə, respublikamızın bütün maliyyə sisteminin şəffaflığı istiqamətində həyata keçirilən islahatların böyük potensial yaratması ilə bağlı fikirlərinə də toxunaraq, bu məsələdə coğrafi yerləşmənin də xüsusi önəm daşıdığını, bütün bunların isə ölkəmizin gələcək uğurlarını şərtləndirdiyini söyləyib.
Keçən əsrin 90-cı illərinin əvvəllərində həm xarici, həm də daxili faktorlardan yaranan mənfi təsirlər nəticəsində Azərbaycan bir dövlət, xalq, hətta coğrafi ərazi kimi böyük risklərlə üz-üzə qalmışdı. Xalqın səriştəsiz, zəif və qətiyyətsiz rəhbərliyə olan inamının tükənməsi xalq və hakimiyyət arasında böyük uçurumun yaranmasına səbəb olmuşdu. Eyni zamanda ölkədə yaranmış hərc-mərclik mühiti, geniş şəkildə tuğyan edən özbaşınalıq halları, vahid nizami ordunun yoxluğu və ölkədə baş verən vətəndaş qarşıdurması dövlətçiliyimizin sütunlarını ciddi şəkildə sarsıdaraq, onun gələcək mövcudluğunu böyük şübhə altına almışdı.
Bütün bu yaranmış anarxik vəziyyətdən və xaosdan yararlanan məkrli düşmən öz çirkin planlarını reallaşdırmağa müvəffəq oldu. Tarixi və əzəli torpaqlarımız ardı-arda işğal edilməyə başlanıldı. Xüsusilə münaqişənin ilkin dövrlərində məhz Şuşanın itirilməsi digər rayonların da işğalına rəvac verdi. Belə ki, Şuşanın mənsub olduğu mühüm əlverişli coğrafi mövqe ümumilikdə bütöv Qarabağ və Şərqi Zəngəzur bölgəsinə tam nəzarəti həyata keçirməyə hərbi-strateji baxımından böyük imkanlar yaradırdı.
Beləliklə, 1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə qədim və doğma şəhərimiz olan Şuşa şəhərinə hücuma keçdilər. Hücum nəticəsində 195 nəfər vətəndaşımız qətlə yetirildi, 165 nəfər isə yaralandı, onlardan 150 nəfəri əlil oldu, 522 uşaq valideynlərini itirdi. 20 mindən artıq Şuşa sakinin acı taleyinə isə doğma yurd-yuvalarından didərgin düşərək, məcburi köçkün olmaq yazıldı.
Azərbaycanın Zəfər savaşının zirvə nöqtəsi heç şübhəsiz ki, Şuşa şəhərinin azad edilməsi idi. Müzəffər Ali Baş Komandanın "Şuşasız bu qələbə yarımçıq olar" mesajı qalib ordunun hər bir azərbaycanlı üçün şərəf məqamına çevrilmiş Şuşanı azad etməsini mütləq zərurətə çevirmişdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli, 3096 nömrəli Sərəncamı ilə Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq 2022-ci il Azərbaycan Respublikasında "Şuşa İli" elan edilmişdir.
Sərəncama əsasən bu il bir sıra önəmli mədəni və dövlət əhəmiyyətli tədbirlərin, xüsusilə Şuşanın 270 illiyinin böyük qürur və sevinc hissləri ilə dövlət səviyyəsində, təmtəraqlı şəkildə qeyd olunması nəzərdə tutulmuşdur.
Həm Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, həm də 2022-ci ilin "Şuşa İli" elan edilməsi ilə bağlı Sərəncamlar gələcək uğurlara hesablanmış böyük məqsədləri və amalları özündə ehtiva edən müdrik qərarlardır. İmzalanmış bu Sərəncamlar Şuşanın əvvəlki statusunu və şöhrətini bərpa etməklə yanaşı, onun tarixi və əzəli Azərbaycan torpağı olduğunu, xalqımızın bu ərazilərdə çox əsrlik mədəniyyətə sahib olduğunu, milli-mədəni və tarixi irsimizin dərin köklərə əsaslandığını bütün dünyaya nümayiş etdirmiş olacaqdır.
Beləliklə, azad Şuşanın bərpa-quruculuq və inkişafı fonunda qürurla deyə bilərik ki, vaxtıilə düşmən tapdağı altında inildəyən müqəddəs vətən torpaqlarının, o cümlədən mədəniyyətimizin incisi, qədim, tarixi şəhərimiz olan Şuşanın dağıdılmış və xarabalığa döndərilmiş mənzərəsi üzərində dolaşan Molla Pənah Vaqifin, Xurşidbanu Natəvanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün və digər böyük mədəniyyət xadimlərimizin narahat ruhları bu gün azad, firəvan və günü-gündən çiçəklənən, müasirləşən Şuşanı gördükcə sevinir və rahatlıq tapırlar. Şuşa sanki günəş kimi yenidən doğulur, yenidən yaranır.
Şuşa bizimdir! Qarabağ Azərbaycandır!
Naftalan şəhər sakini  Kəmalə Hüseynova / azxeber.com

Siyasi       Tarix: 06 may 2023
f Paylaş

Oxşar xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind


azerbaycan xeberleri yeni xeberler son xeberler bu gune olan xeberler xeberler azerbaycan metbuat cəbhədən xəbər