"Bu konfrans Azərbaycanın dünyada etibarlı və əhəmiyyətli tərəfdaş kimi mövqeyini bir daha nümayiş etdirdi

Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakı, səfər çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın dünyada etibarlı və əhəmiyyətli tərəfdaş kimi mövqeyini bir daha nümayiş etdirdi
62-ci Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda keçirilən panel müzakirələrdə iştirak edən Prezident İlham Əliyev regional və qlobal əhəmiyyətli layihələrin sülh və əməkdaşlığa, rifaha və faydalı inteqrasiyaya, inkişafa verdiyi töhfələri dəyərləndirib. 
Dövlətimizin başçısı həm moderatorun, həm də tədbir iştirakçılarının ünvanlandıqları sualların hər birini detallı və səlis cavablandırmaqla bir daha peşəkar mühakimə istedadına malik olduğunu dünya ictimaiyyətinə nümayiş etdirdi.
Azərbaycan Prezidenti yeni yaradılan nəqliyyat bağlantılarının Avropa ilə Asiya arasında ticarəti və logistikanı əlaqələndirmək, dayanıqlılıq və şaxələndirmə baxımından əhəmiyyətinə toxunaraq yeni dəhliz infrastrukturlarının qurulmasında Azərbaycan verdiyi töhfələrə diqqət çəkdi. Azərbaycanın əlverişli coğrafi mövqeyi və strateji əhəmiyyəti Qərb və Şərq istiqamətlərində kommunikasiya həmrəyliyini təmin etmək üçün mühüm fürsətlər yaradır. 
Azərbaycan vasitəsilə ötən il daşınan yüklərin 100 mindən artıq nəqliyyat vahidi üzrə rekord göstəricinin əldə edilməsi tarixi nəticə deməkdir. Yaxın illərdə bu rəqəmin 200-300 min nəqliyyat vahidinə çatacağı istisna deyil ki, bu da regional nəqliyyat habının formalaşmasını tezləşdirəcək. Hədəf isə 500 min nəqliyyat vahidinə çatmaqdır ki, bu isə daşınma arxitekturasının bütün qollarını genişləndirməyi tələb edir.
Regional rifah bağlantılarının digər xətti fiber-optik kabellərin reallaşmasıdır. Ölkəmiz bu səmtdə də liderlik və təşəbbüskarlıq əzmini qoruyub saxlayır. Xəzər dənizinin dibi ilə fiber-optik kabelin çəkilməsi üzərində Mərkəzi Asiyadakı tərəfdaşlar ilə sıx işbirliyindədir, bu il hazır olması nəzərdə tutulan bu rəqəmsal körpü nəhəng qovşaqlardan biri olacaq.
Digər bağlantılar da yeni coğrafiyaları, o cümlədən Ermənistanı da əhatə etməklə Avropa istiqamətində tranzitləri koordinasiya edəcək. Azərbaycan və Ermənistan arasında yaradılan 42 kilometrlik kommunikasiya məsafə baxımından böyük olmasa da, əslində hüdudları çox genişdir və coğrafiyası qitələrarası birliyi nəzərdə tutur. 
Azərbaycandan Naxçıvana qədər uzunluğu 600 kilometr olan bu bağlantının Orta Dəhlizin iki hissəsindən birinə çevrilməsi sayəsində nəqliyyat xətlərini şaxələndirməklə  bir neçə min kilometri əhatə edəcək. Çin Xalq Respublikasının keçmiş dövlət müşaviri Vanq Huiyaonun da vurğuladığı kimi, "Kəmər və yol" təşəbbüsünə bağlı olan bu layihələrin gerçəkləşməsi Trans-Xəzər regionunu və qitələri birləşdirəcək. 
Ermənistan ilə Azərbaycan arasında sülh prosesinin açdığı yeni qapılara toxunan dövlətimizin başçısı bölgədə tamamilə yeni vəziyyət yaratdığımızı, Ermənistanla başlanmış fiziki əməkdaşlığın qarşılıqlı ticari təmaslara yol açdığını, həmçinin "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP)" verəcəyi mühüm töhfələri də dəyərləndirib.
Yeri gəlmişkən, panel iştirakçılarının TRIPP-lə bağlı sualını cavablandırarkən də Prezident İlham Əliyev dəhlizin Prezident Trampın adını daşıması faktının çox aydın izahını verib. Bu dəhliz ABŞ-nin hazırkı Prezidentinin adını daşısa da, neçə onilliklərin layihəsi kimi yadda qalacaq. "Biz bilirik ki, şirkətin 76 faizi ilk 49 il ərzində ABŞ-yə, 24 faizi isə Ermənistana məxsus olacaq, sonra isə daha 49 il olacaq. Başqa sözlə, bu format bir əsr ərzində işlək olacaq".
Bir məqamı da nəzərə almaq lazımdır ki, bölgədə ən nəhəng kommunikasiyalar və enerji bağlantılarının ərsəyə gəlməsinin müəllifi birbaşa Azərbaycandır. Azərbaycan təşəbbüskar və yol açan ölkədir, ötən ilin noyabrında Azərbaycan rəsmi olaraq Mərkəzi Asiya beşliyinə daxil edilməklə onu altılığa çevirib. Bu misli görünməmiş hadisə Cənubi Qafqazı Mərkəzi Asiya ailəsinə qoşur, Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Xəzər yoluna bağlayır.
Ermənistanla rəsmi sülh sənədinin imzalanması iki ölkə ilə bərabər digər tərəflər arasında yeni bağlantıların miqyasını artacaq. Məhz bu kontekstdən uzunmüddətli və əbədi sülh növbəti töhfəverici qapılar deməkdir, sülh sazişi regional mühiti və şəraiti dəyişəcək, bütün iştirakçı dövlətlərə siyasi və iqtisadi baxımdan daha sıx faydalar qazandıracaq. Çindən başlayan daşınmaların Mərkəzi Asiya, Trans-Xəzər regionu, Azərbaycan, Ermənistan, Naxçıvan, Türkiyə və Avropanı əhatə edən logistika zəncirində birləşməsi inklüziv iqtisadi rifaha və təhlükəsiz inteqrasiyaya töhfələr verəcək.
Cənab Prezidentin panel iclasda Stepan Safaryanın Ermənistanda aparılan Konstitusiya dəyişikliklərinin ərazi iddiaları ilə heç bir əlaqəsinin olmaması, eləcə də, Bayden administrasiyası dövrünün "Sülh yolu kəsişməsi" təşəbbüsünün TRIPP layihəsindən daha faydalı hesab edilməsi barədə provokativ sualına sərrast cavabı isə dövlətimizin qırmızı xətlərini bir daha göstərdi. 
Azərbaycana birbaşa ərazi iddiasını ehtiva edən Ermənistanın Müstəqillik Bəyannaməsinin Konstitusiyasının bir hissəsi olaraq preambula hissəsində əksini tapdığı konkretliklə izah edildi. İlham Əliyevin "Konstitusiya Məhkəməsinin heç bir qərarı Konstitusiyadan üstün deyil. Mən hüquqşünas deyiləm, lakin hətta mən də bunu bilirəm. Buna görə də Ermənistan Konstitusiyasından müstəqillik bəyannaməsinin çıxarılması sülh müqaviləsinin imzalanması üçün yeganə qalan ilkin şərtdir" fikri sülh etimadına kölgə salmaq istəyənlərə əsl cavab oldu.
Eyni zamanda, TRIPP layihəsi ilə bağlı çox qısa, ancaq təsiri hədsiz böyük olan "Prezident Bayden qayıdanda sizin "Sülh yolu kəsişməsi" layihəsini yenidən başladar" cavabının gücünü şərh etməyə isə ehtiyac yoxdur.
Ümumilikdə, Prezident İlham Əliyevin Münxen səfəri olduqca faydalı və əlamətdar keçdi. Dövlət başçısının Ukrayna və Bolqarıstan Prezidentləri, Slovakiya Baş nazirinin müavini, Bundestaqın xarici siyasət komitəsinin sədri, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, İraq Kürdüstan Regionunun başçısı, "Oracle" korporasiyasının baş icraçı direktoru, "The Goldman Sachs Group Inc." şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə keçirdiyi səmərəli görüşlər Azərbaycanın etibarlı və əhəmiyyətli tərəfdaş kimi qlobal nüfuz və mövqeyini bir daha nümayiş etdirdi. 
Ramid Namazov
Milli Məclisin deputatı / azxeber.com

Siyasi       Tarix: 16 fevral 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Vardanyanın rəhbərlik etdiyi bankı "camaşırxana" adlandırıblar" - Deputat

Türk-amerikalı kimyaçı və polimerlər üzrə mütəxəssis Ergün Kırlıkovalı amerikalı risk tədqiqatçısı Nassim Nikolas Talebə açıq məktub ünvanlayaraq, onun Ruben Vardanyanı dəstəkləməsini və Vardanyan həbsdə olduğu müddətdə Bakıd

Pezeşkian: Müharibəni genişləndirmək istəmirik

İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə müharibənin genişlənməsini istəmədiklərini, lakin ölkəsinin ərazi bütövlüyünü və milli maraqlarını qorumaq üçün bütün imkanlardan istifadə edəcəklərini bildirib. xarici KİV-ə istinadə

İran Ermənistanda strateji yol tikir: Azərbaycanı kənar keçən marşrut formalaşır

Ermənistanın cənubunda beynəlxalq Şimal–Cənub Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Aqarak–Qacaran avtomobil yolunun 32 kilometrlik hissəsinin tikintisi davam edir. KONKRET.azbakupost-a istinadən xəbər verir ki, bu barəd

Səfir təyin edilən Nemət Nağdəliyev kimdir? - DOSYE

Dövlət başçısının Sərəncamı ilə Nemət Zeynal oğlu Nağdəliyev Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Nemət Nağdəliyev Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri Zeyna

ABŞ turist və biznes vizaları üçün 20 min dollara qədər depozit tətbiq edəcək

ABŞ avqustun 3-dən etibarən bəzi ölkələrin vətəndaşları üçün turist və biznes vizaları üzrə depozit sistemi tətbiq edəcək. KONKRET.azxəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin avqustun 1-də yenilənmiş bildirişind

25 ştat Ağ Evə qarşı məhkəməyə müraciət etdi

ABŞ-ın 25 ştatı bazar ertəsi Prezident Donald Tramp administrasiyasına qarşı yeni rüsumlarla bağlı məhkəmə iddiq qaldırıb. Onlar yeni tarifləri ABŞ Ali Məhkəməsinin ləğv etdiyi idxal vergilərini əvəzetmək cəhdi adlandırıblar

Prezidentin bu ilin 7 ay ərzində iştirak etdiyi açılış mərasimləri - SİYAHI

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 3-də "AzərEnerji" ASC-nin 220/110/10 kV-luq "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib. Dövlət başçısı cari ilin ötə

Azərbaycana qardaş ölkəyə nüvə silahını kim verib? – Gizli razılaşma…

İranın nüvə silahı əldə etmək istəməsi məsələsinin müzakirə edildiyi bir məqamda məşhur iddia yenidən gündəmə gəlib. Bildirilir ki, Səudiyyə Ərəbistanının mərhum kralı Faysal ibn Əbdüləziz Əl Səud Pakistanın nüvə silahı proqramın

Ermənistanın yeni hökumətinin tərkibi bəlli oldu

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib. KONKRET.azxəbər verir ki, Xaçatryan bununla bağlı fərman imzalayıb. Fərmana əsasən:. Mqer Qriqoryan – Baş nazirin müavini. Tiqran Xaçatrya


yeni xeberler azerbaycan xeberleri son xeberler ensonxeberler gunun xeberleri cəbhədən son xəbərlər 2026 dunyada son xeberler