Heydər Əliyevin ilk dəfə Azərbaycanın rəhbəri təyin olunduğu vaxtdan ölkəmizin tərəqqi və rifah yolu başlayıb

Heydər Əliyevin ilk dəfə Azərbaycanın rəhbəri təyin olunduğu vaxtdan ölkəmizin tərəqqi və rifah yolu başlayıbHeydər Əliyevin 1969-cu ildə ilk dəfə Azərbaycanın rəhbəri təyin olunduğu vaxtdan ölkəmizin tərəqqi və rifah yolu başlayıb.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycanda BMT-nin inkişaf təşəbbüslərinin həyata keçirilməsində Heydər Əliyevin rolu" mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, 1969-1982-ci illərdə həyata keçirilən sosial-iqtisadi proqramlar nəticəsində Azərbaycan sürətlə inkişaf etdi və Sovet İttifaqında qabaqcıl respublikalardan birinə çevrilib: "Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Müstəqilliyin ilk illərində Azərbaycanın qarşılaşdığı ağır siyasi və iqtisadi problemlər, Ermənistanın hərbi təcavüzü mövcud vəziyyəti daha da çətinləşdirmişdi. Bu çətin dövrdə məhz Heydər Əliyevin göstərdiyi liderlik məharəti, strateji qərarları sayəsində Azərbaycanda güclü və müstəqil dövlət, səmərəli, davamlı inkişaf edən iqtisadiyyat və rifahlı, azad cəmiyyət formalaşıb".
M.Cabbarov qeyd edib ki, Heydər Əliyev özünün zəngin iqtisadi bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf yolunu dəqiq müəyyənləşdirib: "Demokratik inkişaf yolunu seçmiş bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da bazar iqtisadiyyatı prinsipləri - xüsusi mülkiyyətçilik, azad sahibkarlıq fəaliyyəti, özəlləşdirmə, qeyri-neft sektorunun, sənayenin inkişafı və sosial infrastrukturun yeniləşdirilməsi prioritet seçilib. "Əsrin müqaviləsi"nin imzalanması isə Azərbaycan iqtisadiyyatında əsaslı dönüş yaratdı. Uzaqgörən neft strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin gələcək dayanıqlı inkişafının əsasını qoyub".
Nazir vurğulayıb ki, Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi Ulu Öndərin diqqət yetirdiyi əsas məsələlərdən idi: "1992-ci ildən üzv olduğu BMT ilə əməkdaşlığın inkişaf etdirilməsində də Ümummilli Liderin BMT Baş Məclisindəki çıxışlarının böyük rolu olub. Heydər Əliyev çıxışlarında Azərbaycanın siyasi-iqtisadi vəziyyəti və dünya birliyinə münasibətdə siyasətinin prinsiplərini bəyan edib və Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında geniş məlumat verərək bunun nəticəsində Azərbaycanın düşdüyü çox ağır vəziyyəti BMT üzvlərinə çatdırıb".
Onun sözlərinə görə, Heydər Əliyevin iştirakı ilə Azərbaycan 2000-ci ilin sentyabrında BMT-nin əksər üzv ölkələri ilə birlikdə Nyu-Yorkda "Minilliyin Sammiti"ndə 2015-ci ilədək olan dövrdə dünyada insanların yaşayışında əhəmiyyətli müsbət dəyişikliklər yaratmaq üçün ümumi çərçivəni müəyyən edən Minilliyin Bəyannaməsini qəbul edib:
"Bu bəyannamədə səkkiz qlobal Minilliyin İnkişaf Məqsədi (MİM) əks olunub. Ölkəmizdə MİM-lərə nail olunması məqsədilə kompleks tədbirləri əhatə edən "2003–2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı", "2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət Proqramı", regionların sosial-iqtisadi inkişafı istiqamətində 3 dövlət proqramı (2004-2008, 2009-2013 və 2014-2018-ci illər üzrə) qəbul olunub.
Nəticədə Azərbaycan Minilliyin İnkişaf Məqsədləri üzrə bir çox hədəflər, xüsusilə yoxsulluğun azaldılması, təhsil səviyyəsinin yüksəldilməsi, gender bərabərliyi və ətraf mühitin qorunması sahəsində vəziyyətin yaxşılaşdırılması, uşaq və ana ölümü hallarının azaldılması, təhlükəli yoluxucu və digər xəstəliklərə qarşı mübarizənin gücləndirilməsi və tərəqqi naminə qlobal tərəfdaşlıqda iştirakın genişləndirilməsi üzrə mühüm nailiyyətlər əldə edib. Ən mühüm nəticə kimi, Azərbaycan Minilliyin İnkişaf Məqsədləri çərçivəsində yoxsulluğun yarıya qədər azaldılması öhdəliyini götürən 128 ölkə arasında bu öhdəliyi yerinə yetirən 18 ölkədən biri olmaqla yanaşı, dünyada yoxsulluğun 5 %-dən aşağı endirilməsinə nail olan 29 ölkə sırasında yer alıb. Ölkəmiz 2010-cu ildə "orta insan inkişafı" statusuna malik ölkələr qrupundan çıxaraq "yüksək insan inkişafı" kateqoriyasına daxil olub ki, bu istiqamətdə BMT ilə həyata keçirilən layihələrin rolunu xüsusi qeyd etmək istərdim". / azxeber.com

Siyasi       Tarix: 11 may 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberlər krimnal bugun sonxəbər sou xeberler bugun