Hikmət Hacıyev: Azərbaycan Qarabağın dinc erməni sakinlərinin hüquqlarını və təhlükəsizliyini təmin edəcək

Hikmət Hacıyev: Azərbaycan Qarabağın dinc erməni sakinlərinin hüquqlarını və təhlükəsizliyini təmin edəcəkAzərbaycan Konstitusiyaya uyğun olaraq Qarabağın bütün sadə erməni sakinlərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək, eləcə də ölkədə 30 ildir mövcud olan "boz zona"ya son qoymaq niyyətindədir.
azxeber.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev CNN telekanalına müsahibəsində deyib.
Prezidentin köməkçisi qeyd edib ki, CNN-in hesabatı bütün reallıqları əks etdirmir və balansı pozur, bütün faktlar diqqətlə yoxlanılmalıdır.
H.Hacıyev bildirib ki, hər bir ölkə kimi Azərbaycanın da öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququ var.
Onun sözlərinə görə, Qarabağ bölgəsində həyata keçirilən lokal antiterror tədbirləri Azərbaycanın və bütün regionun təhlükəsizliyinə təhdid yaradan silahlı qüvvələrə qarşı yönəldilib:
"Reallıq ondan ibarətdir ki, Ermənistan silahlı qüvvələrinin qalıqları – Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 illik işğalı kimi ölkəmizin suveren ərazilərində qalmaqda davam edirdi. Amma indi buna son qoyulub. Azərbaycan antiterror tədbirlərinə başlamaq məcburiyyətində qalıb və yüksək dəqiqlikli silahlardan istifadə etməklə mülki əhali arasında ölüm hallarının qarşısını almaq üçün yalnız Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövqeləri sıradan çıxarılıb. Belə ki, hərbi obyektlərdən uzaq durmaq üçün yerli sakinlərə radio və SMS vasitəsilə xəbərdarlıq edilib".
"Azərbaycan Ermənistandan fərqlidir. Ermənistan hətta 44 günlük müharibə zamanı Azərbaycanın dinc şəhərlərinə, O cümlədən bir gecədə onlarla dinc sakinin həlak olduğu doğma şəhərim Gəncəyə qarşı SCAD və "İsgəndər" raketlərindən istifadə edib", - H.Hacıyev əlavə edib.

Siyasi       Tarix: 20 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində


yeni xeberler azerbaycan xeberleri son xeberler novruz bayramı kriminal xeber beynelxalq bank mezenne son xəbərlər azərbaycanda