Hikmət Hacıyev: Azərbaycan və Ermənistan sülhə yaxındır, lakin buna nail olmağa çalışılır

Hikmət Hacıyev: Azərbaycan və Ermənistan sülhə yaxındır, lakin buna nail olmağa çalışılırAzərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin təəssüf ki, buna mane olurlar.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin "Phoenix" telekanalına müsahibəsində deyib.
Lakin onun fikrincə, bu vəziyyətə çatana qədər Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməli, ərazi bütövlüyünü və suverenliyini bərpa etməli oldu: "Azərbaycan həqiqətən də bunu etməyə məcbur idi, çünki biz ikili standartlarla, xarici hərbi təcavüz və hərbi işğal siyasətinə bəraət qazandırmaqla yanaşı, separatizmin təşviqi ilə də üzləşmişdik. Yenə də hər bir ölkə kimi bu, Azərbaycan üçün də qəbuledilməz idi".
"Biz sülhü və təhlükəsizliyi təmin etmişik. İndi Ermənistan və Azərbaycan sülhə heç vaxt olmadığı qədər yaxındırlar. Son altı ayda Ermənistan-Azərbaycan sərhədində iki ölkə tarixində ən sakit dövrlərdən biri olub", - Prezidentin köməkçisi vurğulayıb.
"Biz (Azərbaycan və Ermənistan) sülh sazişi ilə bağlı irəliləyiş əldə edirik. Azərbaycanın yanaşması ondan ibarətdir ki, sülh Azərbaycanla Ermənistan arasındadır, çünki bu region bizə məxsusdur. Vaşinqtonda, Brüsseldə, Parisdə yox, iki ölkə arasında Cənubi Qafqaz regionunda sülh təmin edilməlidir", - o bildirib.
H.Hacıyevin fikrincə, Bakı və İrəvan qarşıdurma səhifəsini çevirib irəli getməli, həmçinin sülh sazişinə görə məsuliyyəti gücləndirməlidir: "Ola bilsin ki, bu, uzun proses olacaq".
O, həmçinin qeyd edib ki, Azərbaycanın hədəfi Cənubi Qafqaz regionunu sülh və əməkdaşlıq regionuna çevirməkdir: "Biz hərbi işğalın hədəfi olmasına baxmayaraq, sülh sazişinin mətnini hazırladıq, sülh sazişinin 5 fundamental prinsipini də formalaşdırdıq. Görürük ki, biz irəliləyirik, amma təəssüf ki, regional əməkdaşlığa, sülh gündəliyinə mənfi təsir göstərən müəyyən siyasət yürüdənlər var".
///report

Siyasi       Tarix: 30 mart 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Antiterror əməliyyatı regiondakı siyasi reallığı necə dəyişdi? – Politoloqdan AÇIQLAMA

2023-cü il sentyabrın 19-da keçirilən antiterror əməliyyatı Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtələrindən biridir. Əməliyyat nəticəsində ölkənin ərazi bütövlüyü tam bərpa edildi və Azərbaycanın suverenliyi bütü

Ölkələrimizdə əhalinin artması prosesi müşahidə olunur' - Prezident

"Əlbəttə ki, ölkələrimizin əhalisinin gənc və demoqrafik vəziyyətin müsbət olması da üstünlükdür. Çünki bir çox ölkələrdə əhalinin sürətlə azaldığını görürük". xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-y

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

Azərbaycan tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız təqvimlə ölçülmür. Bu tarixlər dövlətin keçdiyi yolun, xalqın iradəsinin və gələcəyə baxışının ifadəsinə çevrilir. 20 Sentyabr da məhz belə günlərdəndir. 2023-c

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları

"Mən artıq demişəm ki, "biz sizi basdıracağıq" sözlərini sizin məzarqazanlarınızın etdiyi kimi hərfi mənada başa düşmək lazım deyil… Söhbət cəmiyyətin sırf tarixi inkişafından gedir. Kapitalizm öz əsrini baş

"Azərbaycan Ordusu BMT-nin yerinə yetirilmədiyi qətnamələri icra etdi"- Politoloq

"Antiterror əməliyyatı cəmi bir sutka ərzində reallaşmış olsa da, Azərbaycan tarixinin yüz illiklər boyu yüksək qiymətləndiriləcək parlaq səhifələrindən biridir". Bunu politoloq Elçin Xalidbəyli -a açıqlamasınd

ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?

ABŞ Prezidenti Donald Tramp administrasiyası İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Arakçının Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində iştirak etmələri üçün vizalar

Ərdoğan sabah ABŞ-yə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah ABŞ-yə səfər edəcək. xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Qeyd olunub ki, Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasını

Putin Paşinyanı təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanı Müstəqillik Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Ermənistan hökumətinin saytında məlumat yayılıb. "Hörmətli Nikol Vovayeviç


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber saytlari xeberlər qurban bayrami 2026 xeberler bugun