Hikmət Hacıyev: "Azərbaycan və Səudiyyə Ərəbistanı güclü strateji əlaqələri inkişaf etdirməyə çalışır

Hikmət Hacıyev: "Azərbaycan dost və qardaş dövlət kimi qəbul etdiyi Səudiyyə Ərəbistanı ilə güclü strateji əlaqələr qurmağa çalışır".
azxeber.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanının "Asharq Al-Awsat" qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər dostluq, qardaşlıq və tərəfdaşlıq xarakteri daşıyır.
"Azərbaycan xalqı qardaş ölkə Səudiyyə Ərəbistanının Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləməklə bağlı qəti mövqeyini yüksək qiymətləndirir. Öz növbəsində, Azərbaycan da Səudiyyə Ərəbistanına raket və pilotsuz uçuş aparatları ilə hücumları qeyd-şərtsiz pisləyir, bunları qəbuledilməz hesab edir", - H.Hacıyev söyləyib.
Azərbaycan Prezidentinin köməkçisinin sözlərinə görə, Bakı ilə Ər-Riyad arasında münasibətlər yüksələn xətlə inkişaf edir.
"Turizm bizim üçün vacib sahələrdən biridir: Azərbaycan ilə Krallıq arasında birbaşa uçuşların sayı artır", - o bildirib.
Statistikaya görə, 2022-ci ildə Azərbaycana 100 minə yaxın Səudiyyə Ərəbistanı vətəndaşı səfər edib: "Biz əlaqələrdə daha da irəliləyiş olacağını gözləyirik, Səudiyyə Ərəbistanı ilə iqtisadi-ticarət sektorunda əməkdaşlığı daha da inkişaf etdirməyə, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi kimi sahələrdə investisiyaların və əlaqələrin artmasına çalışırıq".
H.Hacıyev Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpası layihələrində Səudiyyə Ərəbistanı şirkətlərinin fəal iştirak edəcəklərini gözlədiyini bildirib.
Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycana sərmayə qoyan Səudiyyə Ərəbistanının "ACWA Power" şirkətinin fəaliyyəti hesabına da olmaqla, bərpa olunan enerji sektorunda əməkdaşlığın dərinləşdirilməsi gözlənilir.
O vurğulayıb ki, Azərbaycan ənənəvi enerji resurslarının - neft və qazın ixracatçısı kimi öz gələcək enerji təhlükəsizliyini təmin etməyə çalışır və Prezident İlham Əliyevin də bildirdiyi kimi, hazırda ölkə yaşıl enerjinin istehsalı və ixracını artırmağa çalışır: "Azərbaycanın bu sahədə böyük potensialı var".
H.Hacıyev əlavə edib ki, hazırda bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində iş aparılır.
Prezidentin köməkçisi Azərbaycanın OPEK-ə daxil olma ehtimalını şərh edərkən söyləyib ki, ölkə artıq OPEC+ üzvüdür və bu format çərçivəsində Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq edir və tələb və təklif arasında müvafiq balansı təmin etmək üçün dünyada neftin qiymətinin sabitliyinə töhfə verməyə çalışır: "Biz bu format çərçivəsində fəal əməkdaşlıq edirik. Bu baxımdan energetika nazirlərimizin tez-tez qarşılıqlı səfərlər etməsi, onlar arasında görüşlər və məsləhətləşmələr keçirilməsi böyük əhəmiyyət kəsb edir".
Onun sözlərinə görə, iki ölkə Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar çərçivəsində bir-birini dəstəkləyir. "Biz Səudiyyə Ərəbistanının Azərbaycanın Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası (KƏDƏŞ) və Ərəb Dövlətləri Liqası ölkələri ilə əlaqələrinin möhkəmlənməsindəki rolunu yüksək qiymətləndiririk".
H.Hacıyev bildirib ki, KƏDƏŞ-in Baş Katibliyi ilə Azərbaycan Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələr mexanizmini müəyyən edən anlaşma memorandumu mövcuddur.
"Biz regional və beynəlxalq təhlükəsizlik məsələlərini həll etmək üçün Körfəz ölkələri ilə Azərbaycan arasında təhlükəsizlik dialoqunda iştirak edə bilərik. Bundan əlavə, iqtisadi və ticarət əlaqələri, qarşılıqlı humanitar fəaliyyət sahəsində gələcək əməkdaşlığı gözləyirik", - o bildirib.
İranla münasibətlərlə bağlı sualı cavablandıran H.Hacıyev qeyd edib ki, İran Azərbaycanla qonşudur:
"Azərbaycan qonşuları ilə ərazi bütövlüyünə, suverenliyə qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanan münasibətlər qurur. Azərbaycan və İranı bir-birinə tarixi qonşuluq bağları bağlayır, lakin bu yaxınlarda Azərbaycanın İrandakı səfirliyinə edilən hücum və səfirlik əməkdaşının öldürülməsi münasibətlərimizdə gərginliyə səbəb olub. Bu gərginliyin aradan qaldırılması üçün xarici işlər nazirləri səviyyəsində dialoq davam edir".
Qeyd edək ki, H.Hacıyevin Səudiyyə Ərəbistanına səfəri iki ölkə arasında ikitərəfli münasibətlərin möhkəmlənməsi və müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi və bunun üçün yeni imkanların araşdırılması planları fonunda reallaşıb.

Siyasi       Tarix: 04 avqust 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,

"Azərbaycan Ordusu BMT-nin yerinə yetirilmədiyi qətnamələri icra etdi"- Politoloq

"Antiterror əməliyyatı cəmi bir sutka ərzində reallaşmış olsa da, Azərbaycan tarixinin yüz illiklər boyu yüksək qiymətləndiriləcək parlaq səhifələrindən biridir". Bunu politoloq Elçin Xalidbəyli -a açıqlamasınd

Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi

20 sentyabr Azərbaycanın yaxın tarixində dövlətçilik baxımından mühüm əhəmiyyət daşıyan günlərdən biridir. Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si ölkəmizd

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan

XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibinin 17 sentyabr tarixli açıqlamasında Azərbaycana səyahət xəbərdarlığını "özbaşına saxlanılma və ədalətsiz məhkəmə araşdırması riski" iddiaları ilə əsaslandırmağ

Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. xəbər verir ki, bəyanatda 20 sentyabr tarixinin Azərbaycan xalqının çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazıldığı qey

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

Azərbaycan tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız təqvimlə ölçülmür. Bu tarixlər dövlətin keçdiyi yolun, xalqın iradəsinin və gələcəyə baxışının ifadəsinə çevrilir. 20 Sentyabr da məhz belə günlərdəndir. 2023-c

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". xəbər verir ki, bu sözlər

Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Azərbaycan və Almaniya ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlara malikdir. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxəbərlər son xeberler bugun 2026 azerbaycan xeber.az son xeberler bugünkü son xəbərlər