Hikmət Hacıyev bəzi beynəlxalq media qurumlarının iddialarına cavab verdi
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Washington Times" qəzetində çıxan məqaləsində bəzi beynəlxalq mətbuat orqanlarının guya Azərbaycanın xristian abidələrinə və xristian irsinə qarşı "mədəni soyqırım" planlaşdırması barədə irəli sürdüyü əsassız ittihamlara cavab verib.
Open.az-ın məlumatına görə, "Azərbaycanda bütün xristian məbədləri bərpa olunub" sərlövhəli məqaləsində H.Hacıyev bildirib ki, keçmiş SSRİ-nin bütün ərazisində dini abidələrin bilərəkdən dağıdılması dövlət siyasətinin tərkib hissəsi olub. Stalin rejimi dövründə Moskvada provaslav kilsələri, Bakıdakı Aleksandr Nevski kilsəsi sökülüb, 25 mindən çox məscid dağıdılıb.
H.Hacıyev bildirib ki, müasir Azərbaycanda bunun tam əksi olan siyasət həyata keçirilir: "Bakıdakı erməni kilsəsi bərpa olunub. Yeni katolik kilsə tikilib, bu kiləsinin açılışında Roma Papası şəxsən iştirak edib. Köhnə senaqoqlar bərpa edilib, yeniləri açılıb".
H.Hacıyev işğal nəticəsində Qarabağda dağıdılmış xristian və müsəlman irsinin bərpa ediləcəyini vurğulayıb.

Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Məşhur aktyor 46 yaşında vəfat etdi
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı