Hikmət Hacıyev: "Biz dünyada bu günə qədər örnəyi olmayan qardaşlıq ittifaqı yaratdıq"
"Gözümüzün önündə qardaş ölkələr var. Eyni dildən, dindən olmalarına rəğmən savaşırlar. Bizim etdiklərimiz dünya üçün örnəkdir. Qardaşlığımız Mərkəzi Asiyadakı qardaş ölkələrimiz üçün də örnəkdir".
KONKRET.azxəbər verir ki, bunları Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə mətbuatına müsahibəsində bu ölkənin Azərbaycanla münasibətlərindən danışarkən deyib.
Hikmət Hacıyev Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın hər kəs üçün çox önəmli olduğunu deyib. "Bu, təkcə türk dünyası üçün deyil, bütün dünya üçün önəmlidir. Biz dünyada bu günə qədər örnəyi olmayan qardaşlıq ittifaqı yaratdıq".
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın imzaladığı Şuşa Bəyannaməsi həm siyasi, həm geosiyasi, həm də simvolik əhəmiyyətə malikdir.
H.Hacıyev vurğulayıb ki, Şuşa bəyannaməsi zaman və məkan baxımından olduqca fərqli əhəmiyyət daşıyır.
"Bəyannamə Türkiyə və Azərbaycan xalqlarının iradəsindən irəli gəlib. Bəyannamə bizim ittifaqımızı qanuna çevirdi. Bu, artıq hər iki ölkəni bir-birinə əbədi bağlayan qanun olaraq müəyyən edildi", – Azərbaycan Prezidentinin köməkçisi əlavə edib.
"Bir mövzunu xüsusi vurğulamaq istəyirəm. Bu razılaşma liderlərimizin nə qədər uzaqgörən olduğunu göstərir. Çünki dünyada nələrin baş verdiyi gözümüzün qabağındadır. Biz dünya nizamının dəyişdiyi bir mühitdə Azərbaycan və Türkiyə arasında dostluğun strateji əhəmiyyətini vurğulayırıq", – H.Hacıyev vurğulayıb.
Turlar.az [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?