Hikmət Hacıyev: "Erməni tərəfi qarşısına qoyduğu məqsədə çata bilmədi
Hikmət Hacıyev: "Erməni tərəfi qarşısına qoyduğu məqsədə çata bilmədi"
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən Ermənistan silahlı qüvvələrinin 12 iyul tarixində Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatı ilə bağlı Rusiyanın "Kommersant" qəzetinə verilmiş müsahibəni diqqətinizə təqdim edirik:
- Azərbaycan hakimiyyəti son günlər baş verən gərginləşmədən hansı nəticəni çıxaracaq?
- Vəziyyətin gərginləşməsi Ermənistan Silahlı Qüvvələri tərəfindən qəsdən törədilmiş təxribat və hərbi-siyasi avantüra idi. Biz bunu təcavüz, terror aktı, o cümlədən Azərbaycana qarşı silahlı qüvvələrin qanunsuz istifadəsi və dövlət sərhədini pozmaq cəhdi kimi qiymətləndiririk. Bütün bunlara baxmayaraq, erməni tərəfi qarşısına qoyduğu məqsədə çata bilmədi.
- Gələcəkdə oxşar vəziyyətin təkrarlanmasının qarşısını almaq üçün nə edə bilərsiniz?
- Bu bir daha ATƏT-in Minsk Qrupu həmsədrlərinin (Rusiya, ABŞ və Fransa), bütün beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün fəaliyyətini gücləndirməyin zəruriliyini vurğulayır. Regional sülhə və təhlükəsizliyə əsas təhdid mənbəyi münaqişənin həll olunmamasıdır. Sonuncu münaqişə bir daha göstərdi ki, erməni tərəfi həmişə belə hərbi avantüralardan istifadə edərək bölgədəki vəziyyəti çətinləşdirir, təmas xəttində və iki ölkə arasında dövlət sərhədi boyunca gərginlik yaradır.
Müsahibəni bütöv şəkildə bu keçiddən oxuya bilərsiniz. /oxu.az

Masallıda kişi evində ölü tapıldı
Yevlaxda üçotaqlı ev yandı
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."
Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."
Netanyahu onlardan milyonluq təzminat tələb edir
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə