Hikmət Hacıyev Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindən danışdı
"Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına prosesi, ilk növbədə, ikitərəfli prosesdir. Prosesin də irəli getməsi üçün hər hansı vasitəçilik mexanizminə yox, asanlaşdırıcı addımlara ehtiyac var".
azxeber.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda Avropa İttifaqı, o cümlədən Rusiya tərəfindən ikitərəfli əsasda buna müəyyən cəhdlər göstərilir, imkanlar təqdim edilir: "Azərbaycan da bunda maraqlıdır. Gündəlikdə duran məsələlər sülh müqaviləsi, delimitasiya, nəqliyyat, itkin düşmüş şəxslər və mina kimi humanitar problemlərdir. Bunlara da, ilk növbədə, Ermənistan tərəfi cavab verməlidir. Prezident İlham Əliyev Basqaldakı çıxışında bu məsələləri xüsusilə vurğulayıb".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?