Hikmət Hacıyev: Heç kim bizdən ötrü yeni Orta Dəhliz qurmaq fikrinə düşməməlidir

Hikmət Hacıyev: Heç kim bizdən ötrü yeni Orta Dəhliz qurmaq fikrinə düşməməlidirAzərbaycan özünü Orta Dəhlizin iki mühüm iqtisadi güc mərkəzi - Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəf kimi görür.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "GLOBSEC 2025" forumunda "Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Həyat Xətti" mövzusunda keçirilən paneldə danışıb.
O qeyd edib ki, Avropa İttifaqı və Çin arasında illik ticarət dövriyyəsinin həcmi 700 milyard avrodan çoxdur:
"Onlar rəqabət apara bilərlər, lakin biz rəqabəti deyil, onların əməkdaşlıq perspektivini görürük. Kəmər və Yol Təşəbbüsü, həmçinin Avropa İttifaqının "Global Gateway" təşəbbüsləri ilə bağlı bizim görüşümüzün nədən ibarət olduğuna gəldikdə isə, açığı, bunun bizim regionumuza tətbiq edilə biləcəyini anlamaqda çətinlik çəkirəm. Ancaq biz iki konsepsiya arasında daha çox sinerji görürük, daha çox əməkdaşlıq və birgə fəaliyyət görmək istəyirik. Bununla belə, biz öz planlarımızı icra edirik".
H.Hacıyev əlavə edib ki, heç kim yeni bir Orta Dəhliz qurmaq fikrinə düşməməlidir:
"Aİ-dəki dostlarımızla müzakirələrdə başqa bir məsələyə toxunmaq istəyirəm ki, kimsə bizdən ötrü yeni Orta Dəhliz qurmağın zəruriliyi təəssüratına qapılmamalıdır. Orta Dəhliz artıq mövcuddur və fəaliyyətdədir. Azərbaycan və tərəfdaşları ona sərmayə qoyur. Başqa tərəfdaşlarımız da gəlib ona qoşula və faydalana bilərlər".
///report

Siyasi       Tarix: 15 iyun 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son vəziyyət sonxeber az az xeber cəbhədən son durum