Hikmət Hacıyev: "Laçın və Ağdam yolları eyni vaxtda açıla bilər"
"Azərbaycan, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandan göndərilən ərzaq yüklərinin Azərbaycanın Qarabağ bölgəsinin erməni əhalisinə çatdırılmasını təmin etməyə hazırdır, bir şərtlə ki, eyni vaxtda da Beynəlxalq Qızıl Aypara Cəmiyyətinin Azərbaycandan göndərilən yüklərinin təyinat nöqtəsinə çatmasına icazə verilsin".
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Reuters" agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, gərginliyi aradan qaldıra, Bakı ilə İrəvan arasında uzunmüddətli sülh danışıqlarını stimullaşdıra biləcək pilot sxem çərçivəsində malların tədarükü üçün həm Laçın, həm də Ağdam yolları eyni vaxtda açıla bilər.
H.Hacıyev bildirib ki, bu məsələ sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Dövlət katibi Entoni Blinken arasında baş tutmuş telefon danışığı zamanı müzakirə olunub:
"Hər iki yolun eyni vaxtda açılması təklif edilib və Azərbaycan da buna dərhal razılaşıb. Ağdam yolunun bir hissəsi Qarabağ separatçıları tərəfindən beton maneələrlə bağlanıb. Dövlət katibi Blinkenlə telefon danışdığından artıq bir həftə vaxt keçib, amma heç bir irəliləyiş yoxdur"./Report

Hakan Çalhanoğlunun gələcəyi bəlli olur
"Biz onda "Qarabağ"ı belə qəbul etməmişdik" - Tahir Gözəl
"Turan Tovuz" – "Fənərbağça" oyununun vaxtı açıqlandı
Salyanda kişini maşın vurdu - Yerindəcə öldü
Türkiyədə silahlı atışma: ölənlər var
Bakıda restoranda meyit tapıldı
Bakının bu ərazisində 52 qəzalı bina söküləcək
Dörd ölkə, on istiqamət: AZAL-ın genişlənən Mərkəzi Asiya şəbəkəsi
Formula-1'lə bağlı mühüm dəyişikliklər
Tacir Şahmalıoğlu əməliyyat olundu
Daşlara həkk olunan tarix: Alban irsi üzərində mübarizə
Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir
"Ermənilər olmayan yerdən özlərinə tarix düzəldiblər
Səhhəti ağırlaşan Firuzə İbadovanın vəziyyəti AÇIQLANDI
Təmizlik biznes prosesi kimi: Azərbaycanın avtoyuma və klininq şirkətləri üçün nə vacibdir